Futboldan uzaqlaşdırılan Elvinin ATASI: "Hamballıq edib ailəsini dolandırsın" – FOTO

Futboldan uzaqlaşdırılan Elvinin ATASI: Ötən gün AFFA-nın İntizam Komitəsi oyunların manipulyasiyası və ya bu çirkabda əli olan bir sıra futbolçularla bağlı qərar çıxardı.
Onlardan bəziləri ömürlük, bəziləri isə müəyyən müddətə hər hansı futbol fəaliyyəti ilə məşğul olmaqdan uzaqlaşdırıldı. Haqqında qərar çıxarılan şəxslərdən biri ikinci Liqada çıxış edən "Qusar"ın vitse-prezidenti Elvin Xudadatov idi. O, mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimələndi, üstəlik iki il müddətinə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququ əlindən alındı. Elvin hazırda "Qarabağ"da məşqçi kimi fəaliyyət göstərən, Azərbaycanın keçmiş tanınmış futbolçularından olan Elşad Xudadatovun oğludur. Maraqlıdır, Elvinin atası oğlunun bu əməlini eşidəndə nə etdi? Ümumiyətlə, onun Elvinin belə əməllərdə iştirakından xəbəri olubmu?
Futboldan uzaqlaşdırılan Elvinin ATASI: KONKRET.az xəbər verir ki, Xudadatov Qaynarinfo-ya açıqlamasında oğlunun düşdüyü durumla bağlı bunları söylədi:
"Bundan xəbərim olmayıb. Yalnız o, saxlanılanda bilmişəm. Mənə dedi ki, kimsə onun adını verib. Ona görə də saxlayıb, sorğu-sual edib buraxıblar. Elvinin belə işlərlə məşğul olmağından heç xəbərim yox idi. Fərqli komandalarda məşqlərə gedirdi, mini-futbolda oynayırdı. Bu barədə son vaxtlar mənə deyiblər".
Mütəxəssis bu barədə eşitdikdən sonra çox əsəbiləşdiyini vurğuladı:
"Eşidəndə həqiqətən əsəbiləşdim. Futbolda işlədiyim, çempion olduğum illərdə həmişə sağlam rəqabət aparmışam. 25 ildir məşqçi işləyirəm, bir adam deyə bilməz ki, Elşad müəllimdə nöqtə qədər problem olub. Belə şeylərə əsəbiləşən adamam. İndi özümə yer tapa bilmirəm ki, bu nə xəbərdir, niyə belə oldu? Suyu üfürə-üfürə içən adamam. Ona görə də çox əsəbiləşdim. Ancaq oğlum dedi ki, onun adını hardasa hallandırıblar. Amma iştirak etməyib. Sorğu-sual ediblər, heç nəyi sübuta yetirə bilməyiblər. Oğlumla söhbətimiz bu cür olub".
"Eşitdiyim ilk gündən onu tənbeh etdim. Üç ildən çoxdur ki, bizdən ayrılıb. Yəni o, Maştağadadır, biz isə Mərdəkanda yaşayırıq. Ona görə də tez-tez görüşüb bir yerdə ola, görüşə bilmirik. 32 yaşı var, ailəlidir. İki uşağı var. Ailəsini dolandırırdı. İndi, əgər belə səhvə yol veribsə, getsin, üzr istəyirəm, hamballıq, fəhləlik edib, ailəsini dolandırsın. Ona həmişə demişəm ki, təmiz ad hər şeydən üstündür. 25 ildir "Qarabağ"da çalışıram. Həmişə təmiz adımı qorumağa çalışmışam. 2009/2010-cu ildə çempion olmuşdum, mənə AFFA-dan zəng vurub sağlam rəqabətə görə təşəkkür etmişdilər. Belə xəbər eşidəndən sonra həqiqətən sıxılıram, üzülürəm. 18 yaşı yoxdur ki. 33 yaşı var, müstəqil ailədir. Yaxın, qonşu olsa, nəzarət edə bilərdim. Uzaqda yaşayır, gediş-gəlişimiz az olur. Buna çox üzüldüm. Yəqin bundan sonra belə şeylərə, hətta o istiqamətdə söhbət edənlərə tərəf getməz".

İdman       Tarix: 19 mart 2024
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Millinin baş məşqçiliyinə namizəd göstərilən Ardadan açıqlama

Vinçenzo Montellanın gedişindən sonra adı milli komandanın baş məşqçisi vəzifəsinə potensial namizəd kimi çəkilən Arda Turan açıqlama verib. xəbər verir ki, Turan bu təklifə çox sevindiyini deyib:. "Hisslərimi təsvi

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq

İspaniyanın "Barselona" klubunun futbolçusu Rafinya komandanın qarşıdakı iki oyununda iştirak etməyəcək. xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hans-Diter Flik mətbuat konfransında məlumat verib. 29 yaşl

Arsen Venger Bakıya gəldi

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri, "Arsenal"ın əfsanəvi sabiq baş məşqçisi Arsen Venger Bakıya gəlib. İdman.biz-ə istinadla xəbər verir ki, fransalı mütəxəssis paytaxtda keçirilən FIFA U-15 Dünya Çempionat

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərin

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Oyun başlayan kimi qol buraxdı: Noyerdən gözlənilməz xəta 

"Bayern Münhen"in təcrübəli qapıçısı Manuel Noyer inanılmaz səhvə imza atıb. xəbər verir ki, almaniyalı qolkiperin xətası nəticəsində Münhen təmsilçisi qarşılaşmanın 8-ci saniyəsində hesabda geri düşüb. Meydan sahiblər


son xeberler yeni xeberler azerbaycan xeberleri şou biznes xəbərləri xeberler bugun valyuta mezennesi banklar son xeberler bugun