Füzuli yaşayış kompleksində yerləşən bütün mənzillər tam təmirli olacaq
Füzuli yaşayış kompleksində yerləşən bütün mənzillər tam təmirli olacaq.
Bunu bazar günü azxeber.com-a MİDA-nın mətbuat katibi Diana Dadaşova deyib.
"Bildiyiniz kimi Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılmışdır və 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Füzuli yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış oldular. Qeyd edim ki, ümumi sahəsi 8.9 hektar olan yaşayış kompleksi 38 binadan ibarətdir. Bununla yanaşı 4,5,6 və 7 mərtəbəli binalardan ibarət olan yaşayış kompleksində ümumilikdə 846 mənzil olacaq. Bu mənzillərdən 318-i iki otaqlı, 430-u üç otaqlı, 98-i isə dörd otaqlı olacaqdı", - deyə o bildirib.
D.Dadaşova qeyd edib ki, hazırda kompleksdə tikinti işləri sürətlə və keyfiyyətlə davam etdirilir.
Ətraflı
"Birinci məhəllədə tikinti işlərində dəmir-beton konustruksiyaların quraşdırılması işləri başa çatmışdır. Eyni zamanda ikinci məhəllədə yerləşən altı binada dəmir-beton konustruksiyaların quraşdırılması işləri yekunlaşmaqdadır. Paralel olaraq birinci məhəllədə yerləşən altı binada xarici və daxili divarların hörgüsü və suvaq işləri tamamlanma mərhələsindədir. Bununla yanaşı qalan binalarda da dəmir-beton konustruksiyaların quraşdırma işləri davam etdirilir və bu binaların çoxunda hörgü və suvaq işlərinin həyata keçirilməsinə başlanılıb", - deyə MİDA-nın mətbuat katibi bildirib.
Onun sözlərinə görə, 2023-cü ilin sonunadək kompleksin təhvil verilməsi planlaşdırılır.
"Kompleksdə yerləşən bütün mənzillər tam təmirli olacaq. Mətbəx mebeli, qaz piltəsi, su, qaz və elektirik sayğacları ilə təhciz ediləcək. Eyni zamanda binalarda lift quraşdırılacaq, həmçinin mərkəzləşdirilmiş qazanxana sistemi vasitəsilə istiliklə təmin ediləcək. Yaşayış kompleksinin ərazisində binalarla yanaşı yeraltı və yer üstü dayanacaqlar, sosial məişət obyektləri, uşaq oyun və idman meydançaları istifadəyə veriləcəkdir", -deyə D.Dadaşova əlavə edib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Prezident Osman Xaliyevi sədr təyin etdi