Gecə yata bilməyənlər bu 5 məsləhəti etsin
Yay aylarında havaların həddindən artıq isti keçməsi bir çox insanın yuxu keyfiyyətinə mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, səhər yorğun oyanmağın səbəblərindən biri də yataq otağında yüksək temperaturun olmasıdır.
Mütəxəssislər isti yay gecələrində daha rahat yatmaq üçün bir neçə sadə məsləhət veriblər.
Ayaqları sərin saxlayın
Yatmazdan təxminən 10 dəqiqə əvvəl bir cüt nazik corabı yüngülcə nəmləndirib dondurucuya qoyun. Daha sonra onları geyinərək yatın. Ayaqların sərin qalması bədən istiliyinin tənzimlənməsinə və yuxuya getməyin asanlaşmasına kömək edir.
Rahat vəziyyətdə yatın
Yataqda qollarınızı və ayaqlarınızı açıq vəziyyətdə saxlamaq bədən ətrafında hava dövranını artırır. Yan üstə yatmaq isə bədəndə yığılan istiliyin daha rahat yayılmasına şərait yaradır.
Qidalanmanıza diqqət edin
Lif baxımından kasad, şəkər və doymuş yağlarla zəngin qidalar yuxunun keyfiyyətini aşağı sala bilər. Yay aylarında daha yüngül və balanslı qidalanmaq tövsiyə olunur.
Təbii parçalara üstünlük verin
Sintetik yataq dəstləri və qalın örtüklər əvəzinə pambıq və ya bambu kimi təbii materiallardan istifadə edin. Bu parçalar hava keçirmə xüsusiyyətinə malik olduğu üçün gecə istinin təsirini azaldır.
Gün ərzində kifayət qədər su için
Mütəxəssislər yatmazdan əvvəl həddindən artıq su içməyi deyil, gün ərzində maye qəbulunu normada saxlamağı məsləhət görürlər. Bu həm orqanizmin temperaturunu tənzimləyir, həm də gecə tez-tez oyanaraq tualetə getməyin qarşısını alır.
/axsam.az / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA