Gənc oğlan bibisi qızını kafedə tapdı: 'Pivə süzürdü...' - Şok təfərrüat

Gənc oğlan bibisi qızını kafedə tapdı: 'Pivə süzürdü...' - Şok təfərrüatBakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Elmir kafedə xadimə işləyən bibisi qızı Səbinənin (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
azxeber.com Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə 2021-ci il avqustun 13-də Keşlə qəsəbəsindəki "Məhəllə" adlı kafedə baş verib.
Elmir orada xidmətçi işləyən Səbinənin işdən çıxmasını tələb edib. Səbinə isə savadsız olduğunu və başqa yerdə iş tapa bilmədiyi üçün kafedə işlədiyini izah edib. Bu sözlərdən hiddətlənən Elmir bibisi qızına çoxsaylı bıçaq zərbələri vurub. Qadına vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Elmirin barəsində 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq törətmək) və 228.4-cü (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham elan edilib.
"Məndə pis fikirlər yarandı"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Elmir elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, avqustun 13-də baş vermiş hadisədən təxminən 4-5 ay əvvəl maddi vəziyyəti pis olduğuna, iş tapa bilmədiyinə görə yaşadığı Lənkərandan Bakı şəhərinə gəlib:
"Bakı şəhərinə köçdükdən sonra NZS qəsəbəsində mebel sexində rəngsaz kimi çalışdım. Səbinə bibimin qızıdır, əvvəllər Lənkəran şəhəri, Liman qəsəbəsində yaşayıb. Bir neçə il əvvəl həyat yoldaşından boşanıb, daha sonra maddi sıxıntı səbəbindən azyaşlı qızı ilə Bakı şəhərinə köçüb və burada yaşayıb. Müxtəlif işlərdə işləyib.
Mən Bakı şəhərinə köçdükdən sonra bir müddət yeznəm Əlinin evində qaldım. Əlinin evində yaşadığım müddətdə bibim qızı Səbinənin "Məhəllə" adlı kafedə çalışdığını eşitdim, onun barəsində məndə pis fikirlər yarandı.
Səbinənin çalışdığı kafeyə müxtəlif yad kişilərin gəlməsi, Səbinənin onların qarşısına çay qoyması, hadisədən bir neçə gün əvvəl əlində araq şüşəsi ilə kafeyə daxil olarkən görməyim mənə pis təsir bağışladı".
"Həyat tərzi ilə bağlı heç nə eşitməmişəm"
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən əvvəl Səbinəyə bununla əlaqədar bir neçə dəfə xəbərdarlıq etmək istəsə də, fikrindən daşınıb: "Qohum kimi Səbinədən həmişə uzaq olmağa çalışmışam. Amma onu kafedə işləməkdən çəkindirmək istəmişəm. Yüngül həyat tərzi keçirməsi ilə bağlı hər hansı şey eşitməmişəm. Sadəcə kafedə işləmək görüntü olaraq xoş olmadığından bundan narazı olmuşam".
"Mağazaya cavan qızlar tələb olunduğunu bildirdi"
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, avqustun 13-də axşam saat 18 radələrində taksi ilə işdən evə qayıdarkən yolu "Məhəllə" kafesinin qarşısından keçdiyindən Səbinə ilə söhbət etmək qərarına gəlib:
"Taksidən düşüb "Məhəllə" kafesinə daxil oldum. İçəridə 2 nəfər tanımadığım orta yaşlı müştərinin stolda əyləşdiyini, Səbinənin isə pivə süzən aparatın arxasında dayandığını gördüm. Səbinə məni görəndə qabağıma gəldi, mənimlə salamlaşdı. Ondan nə üçün kafedə işlədiyini, özünə normal iş tapmadığını, məsələn, mağazalarda satıcı işləmədiyini soruşdum. Cavabda sakit tərzdə savadının olmadığını, mağazalarda işləmək üçün cavan qızların tələb olunduğunu, onu mağazaya işə götürmədiklərini bildirdi. Bu sözlərindən əsəbləşdim və mənimlə söz güləşdirdiyini düşündüm.
Şalvarımın bel kəmərində saxladığım bıçağı çıxararaq Səbinəni vurmağa başladım. Ətrafda olan şəxslər mənə "nə edirsən, bu nə hərəkətdi?" deyə bildirdilər. Sonra həmin şəxslər kafedən çıxdılar".
"Polisə təslim oldum"
Elmir qeyd edib ki, vurduğu bıçaq zərbələrindən sonra Səbinə stulda əyləşib: "Mən isə geriyə dönərək qapını örtdüm və kafedən çıxdım. Yeznəm Əliyə zəng etdim, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təslim olmağa getdiyimi bildirdim. Bölməyə nə üçün getdiyimi demədən telefon danışığı kəsildi.
Polis bölməsində cinayət əməli törətdiyimi könüllü surətdə etiraf etdim. Səbinəyə xəsarətlər yetirdiyim bıçağı təhqiqatçıya təhvil verdim. Baş vermiş hadisə zamanı spirtli içkinin və ya narkotik vasitənin təsiri altında olmamışam".
"Müştərilərə qulluq etmişəm"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Səbinənin sözlərinə görə, Lənkəranın Liman şəhərində qeydiyyatda olsa da, hazırda qızı ilə birlikdə Keşlə qəsəbəsində fərdi yaşayış evində kirayədə yaşayır: "Təqsirləndirilən şəxs dayım oğludur. Aramızda əvvəllər ədavət və düşmənçilik olmayıb.
2011-ci ildə həyat yoldaşımdan rəsmən ayrıldıqdan sonra atam evində yaşamışam. 2016-cı ildə isə Bakı şəhərinə gələrək Bakıxanov qəsəbəsində şirniyyat sexində təxminən 2 ay xadimə, sonra təxminən 4 ay aşpaz köməkçisi işləmişəm. İşlədiyim əraziyə yaxın ünvanda kirayədə qalmışam.
Bir müddət sonra isə hazırda kirayədə qaldığım Keşlə qəsəbəsinə köçdüm. İşsiz olduğum üçün yaşadığım ünvana yaxın "Məhəllə" adlanan kafedə təmizləyici işi taparaq orada işləməyə davam etdim. Kafenin mətbəxində təmizləmə işlərini görmüşəm, ara-sıra müştərilərə qulluq etmişəm.
Gördüyüm işlərin müqabilində mənə ayda 300 manat əmək haqqı verilib".
"Gözlərimi yumdum"
Zərərçəkmiş qeyd edib ki, avqustun 13-də işlədiyi kafedə olarkən dayısı oğlu Elmir ora gəlib: "Görən kimi "xoş gəldin" deyərək onunla görüşdüm. Elmir məndən niyə mağazalarda satıcı işləmədiyimi soruşdu. Mən isə savadımın olmadığını, mağazalarda satıcılığa cavan qızlar götürdüklərini, hazırkı işim yaşadığım evə yaxın olduğundan ara-sıra gedərək qızıma baş çəkdiyimi bildirdim.
Bu zaman Elmir yaxamdan tutdu, bıçaqla sol tərəf və sinə nahiyəmə bir neçə zərbə vurdu. Onun məni öldürmək niyyətində olduğunu başa düşdüm. Kafedə olan şəxslər Elmirə "neynirsən, bu nə hərəkətdi edirsən?" deyə bildirdilər.
Elmir bir neçə dəfə bıçaqla zərbə vuraraq sonra sonuncu dəfə qışqıraraq bıçağı yuxarı qaldırdı. Onun bıçağı var qüvvəsi ilə endirmək istədiyini başa düşdüm. Bütün gücümü toplayaraq zərbənin qarşısını kəsmək üçün sol qolumun dirsək hissəsini bıçağın qarşısına verdim. Sol qolumun dirsək hissəsinin aşağı və yuxarı nahiyələrindən xəsarət aldım. Bıçaq qolumu doğradı.
Elmir sonuncu zərbəni endirmək üçün bir neçə dəfə cəhd etsə də, qolumu qarşısına verdiyim üçün vura bilmədi. Stullardan birinin üzərinə oturdum və halsız vəziyyətdə qaldım. Huşum özümdə olsa da, gözlərimi yumdum. Bundan sonra baş verənləri gözlərim yarıyumulu vəziyyətdə gördüm".
13 il 6 ay cəza
Zərərçəkmiş deyib ki, Elmir kafedən çıxdıqdan sonra kömək üçün kimisə çağırmağa çalışsa da, bunu bacarmayıb. Qeyd edib ki, kafenin sahibi gəlib, dərhal təcili tibbi yardıma zəng edib. Səbinə daha sonra xəstəxanaya aparılmasından, ona tibbi yardımın göstərilməsindən danışıb.
O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayəti olmadığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elmir 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 06 oktyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeber xəbər zelzele en son xeberleri