Gəncədə ana qeysəriyyə əməliyyatından sonra öldü
Gəncədə qeysəriyyə əməliyyatı keçirən qadın vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) KONKRET.az-a verilən məlumata görə, 1993-cü il təvəllüdlü, 30 həftəlik hamilə olan şəxs 27 mart saat 16:58 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzin Ginekologiya şöbəsinə huşsuz vəziyyətdə, ağır preeklampsiya, qanazlığı və sifilis diaqnozları ilə yerləşdirilib.
"Pasiyent qeysərriyyə əməliyyatı olunub və cinsi qız, boyu 41 sm, çəkisi 1 kq 300 qram olan uşaq dünyaya gətirib.
Daha sonra zahı qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, 1 aprel saat 08:30 radələrində kəskin ürək-ağciyər çatışmazlığı diaqnozu ilə ölüm qeydə alınıb.
Ölüm halı ilə bağlı TƏBİB-in müvafiq komissiyası tərəfindən araşdırma aparılır. Cəsəd təşrih olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbi aparılacaq patoloji anatomik müayinə nəticəsində aydınlaşacaq".
Qeyd edilib ki, azyaşlının müalicəsi isə Perinatal Mərkəzin Yenidoğulmuşların reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Əməkdar müəllim vəfat etdi
Tanınmış həkim həbs olundu
Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA
Binəqədidə ağır qəza: İki avtomobil toqquşdu
Ən çox qazanan türkiyəli futbolçular açıqlandı - Siyahı
61 yaşlı aktyorun 40 yaşlı həmkarı ilə çəkildiyi serial bu tarixdə başlayır
Ronaldo 986-cı qolunu vurdu, penalti qaçırdı, komandası məğlub oldu
"Vyetnamla tərəfdaşlıq Azərbaycanın iqtisadi potensialını genişləndirəcək
Qızıl almaq istəyənlər bu fürsəti qaçırmasın
Bu şəxslərə müjdə: Güzəştli kreditlər veriləcək
Türkiyə siyasətində səs-küylü hadisə: Deputatın toxunulmazlığının ləğvi tələb olunur
Bu ölkə Azərbaycan yanacağına güzəşt tətbiq edəcək
Azərbaycanda iki azyaşlı uşaq anası abort zamanı öldü
Tanınmış həkim həbs olundu