Gəncədə kişi yaxın dostunu pula görə güllələdi - Təfərrüat

Gəncədə kişi yaxın dostunu pula görə güllələdi - Təfərrüatİyun ayının 15-də Gəncədə baş verən qətlin bəzi detalları üzə çıxıb.
KONKRET.az Unikal-a istinadla xəbər verir ki, 42 yaşlı Vüsal Əhmədov tanışı 45 yaşlı Rövşən Hətəmov tərəfindən pul üstündə güllələnərək öldürülüb. Hər iki şəxsin yaxın dost olduğu bildirilir.
Məlumata görə, mərhumla hadisəni törədən şəxs birlikdə sürücü işləyiblər. Araşdırma zamamı məlum olub ki, hadisəni törədən Rövşən Hətəmovun mərhum Vüsal Əhmədova pul borucu olub. Onların arasında bir neçə dəfə pul üstə mübahisə olub. Belə ki, hadisə baş verən gecə Rövşən Hətəmov mərhum Vüsal Əhmədovun Cavadxan qəsbəsində yaşadığı ünvana gəlib. Bu zaman onların arasında yenidən mübahisə düşüb. Mübahisə zamanı Rövşən Hətəmov özü ilə gətirdiyi ov tüfəngi ilə Vüsal Əhmədova iki dəfə atəş açıb. Hər iki şəxs TIR sürücü olub. Hadisədən bir neçə gün əvvəl Vüsal Əhmədova məxsus TIR markalı yük maşının mühərrikində nasazlıq yaranıb. Bundan sonra hadisənin törədən Rövşən Hətəmov mərhum Vüsal Əhmədova bildirib ki, onla daha birlikdə sürücü işləməyəcək.
Qətlə yetirilən Vüsal Əhmədov ailəli olub. Onun 2 qızı və bir oğlu var.
Qeyd edək ki, hadisə iyun ayının 15-də şəhərin Cavadxan qəsəbəsində baş verib. Belə ki,Bakı şəhər sakini 1983-cü il təvəllüdlü Vüsal Əhmədov odlu silahdan açılan güllə yarası ilə xəstəxanasına yerləşdirilib. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən 1983-cü il təvəllüdlü Vüsal Əhmədovu Göygöl rayon sakini 1980-ci il təvəllüdlü Rövşən Hətəmov aralarında baş verən mübahisə zamanı ov tüfəngi ilə atəş açaraq öldürüb. Polis əməkdaşları tərəfindən hadisəni törədən 45 yaşlı Göygöl rayon sakini Rövşən Hətəmov saxlanılıb.
Faktla bağlı Gəncə şəhər prokrorluğunda araşdırma aparılır.

Hadisə       Tarix: 17 iyun 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Zaqatalada yeniyetmə dəm qazından boğulub. xəbər verir ki, hadisə Zaqatala şəhərində qeydə alınıb. Şəhər sakini, 14 yaşlı Yağmur Qocayeva yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma aparılır

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Bakıda oğul anasını bıçaqladı

Bakıda qadın bıçaqlanıb. KONKRET. -a istinadla xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Mehriban Adıgözəl qızı Abdullayeva bıçaq xəsarətlər

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi


azerbaycan xeberleri son xeberler yeni xeberler sonxeberler cəbhədən görüntülər cəbhədən son məlumat xabarlar