Gəncədə müəllim döyüldü: Araşdırma aparılır – TƏFƏRRÜAT

Gəncədə müəllim döyüldü: Araşdırma aparılır – TƏFƏRRÜATGəncə şəhərində yerləşən 4 nömrəli xarici dil təmayüllü məktəb liseydə müəllim və şagirdlər arasında insident yaşanıb.
KONKRET.az Bizim.Media-ya istinadla xəbər verir ki, liseyin direktoru Əliağa Səfərəliyev bildirib ki, hadisə 10.04.2025-ci il tarixində, saat 08:45-də məktəbin Azərbaycan bölməsinin idman müəllimi, 1985-ci il təvəllüdlü Fərrux Bəhram oğlu Quliyevlə liseyin IX və X sinfində təhsil alan iki qardaş arasında tənəffüs zamanı mübahisə baş verib.
"İnsident təxminən 3-4 dəqiqə davam edib. Rus bölməsinin IX sinfində oxuyan şagirdlərdən biri məktəbdə, aynanın qarşısında qeyri-etik şəkildə əyləşdiyinə görə müəllimimiz Fərrux Quliyev ona irad bildirib. Şagird bu irada etiraz edib və aralarında mübahisə yaranıb. Bu zaman həmin şagirdin qardaşı da yaxınlaşaraq mübahisəyə qoşulub və hər iki şagird müəllimə fiziki təzyiq göstərib. Mən hadisəni eşidən kimi hadisə yerinə gəldim və şagirdləri otağıma apardım.
Məktəbin psixoloqunu da otağa dəvət etdim ki, şagirdlərlə söhbət aparsın. Daha sonra müəllim də kabinetimə gəldi. Təəssüf ki, otaqda növbəti insident yaşandı. Ardınca polis əməkdaşları məktəbə gəldilər və şagirdlərin valideynlərinin iştirakı ilə onlar polis idarəsinə aparıldılar", – deyə direktor bildirib.
Əliağa Səfərəliyev əlavə edib ki, hadisədən dərhal sonra müəllim Fərrux Quliyev tibbi yardıma və hüquq-mühafizə orqanlarına müraciət edib.
Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparırlar.
***
Gəncə şəhərində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllim xəsarət alıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində qeydə alınıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb liseyin IX və X sinfində oxuyan 2 şagirdlə həmin məktəbin müəllimi, 1985-ci il təvəllüdlü F.Quliyev arasında tənəffüsdə mübahisə yaranıb.
Dəhlizdə şagirdlərin uyğunsuz davranışlarına görə müəllimin onlara irad bildirməsi səbəbindən şagirdlər ona fiziki təzyiq göstəriblər. Nəticədə xəsarət alan müəllim tibbi yardım üçün müraciət edib.
Məktəb rəhbərliyi tərəfindən məsələyə dərhal müdaxilə edilib. Şagirdlərin valideynləri məktəbə dəvət olunub, məktəb psixoloqu tərəfindən onlarla söhbət aparılıb, təhsil müəssisəsinin intizam qaydalarına əməl edilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hadisə       Tarix: 11 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Salyanda ağır qəza: ölən var

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Masallı rayon sakin

Ödənişli yolda yük maşını aşdı - Ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. KONKRET.azxəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Sumqayı

Tovuzda maşınlar toqquşdu - Xəsarət alan var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə zamanı rayonun Heydər Əliyev prospektində olub. Belə ki, "Kia" markalı avtomobil ilə "VAZ-2106" markalı avtomobil toqquşub. Hadis

Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı

Xankəndidə 24 yaşlı gəncin üzərindən narkotik vasitə aşkarlanıb. -a istinadən xəbər verir ki, 24 yaşlı Sahib Rzayev (şərti) Xankəndi şəhərində polis əməkdaşları tərəfindən saxlanılıb. Onun üzərində aparılan yoxlama zaman

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Mustafa Sübhi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -a FHN-nin mətbuat xidmətində

Tanınmış futbolçu faciəvi şəkildə öldü

Rusiyanın Barnaul şəhərinin "Polimer" futbol klubunun hücumçusu Daniil Vinter yol qəzasında ölüb. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə oktyabrın 15-də axşam saatlarınd


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər.az cəbhədən son xeber xeber xəbərlər.com