Ginekoloq sirləri açdı: "Baş həkim körpəni cihaza qoşmadı"

Ginekoloq sirləri açdı: "Uşaq ölümünə görə ittiham olunan mama-ginekoloq Könül Xudatovanın məktubunu təqdim edirəm. Düşünürəm ki, aidiyyəti qurumlar bu vəziyyəti diqqətlə izləyəcək və ölüm hadisəsi əhatəli şəkildə araşdırılacaq. Qəribədir ki, Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəni əməliyyat edən və ya doğumu həyata keçirən həkim dərhal günahkar elan edilmir, ölümün səbəbi dəqiq araşdırılmalı və reanimasiya xidməti düzgün təşkil olunmalıdır. Əks halda heç kəs işini məsuliyyətlə görməz. Sonrakı məsul şəxslər – "əsas həkimi cavab verəcək", – deyib xəstəyə etinasız yanaşar. Sadəcə, həkimin məktubunu oxuyun və görün, nələr baş verir".
KONKRET.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova paylaşım edib.
Doğuşdan sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasının (RMX) baş həkimi Araz Usubov körpəni süni ventilyasiya aparatına qoşmayıb:
"Mən, "Tovuz Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin (PHŞ) Ginekologiya və doğum şöbəsinin həkim mama-ginekoloqu Könül Xudatova, 2023-cü ilin sonunadək "Saatlı RMX" PHŞ-nin Ginekologiya və doğum şöbəsinin müdiri və həkim mama-ginekoloqu vəzifəsində işləmişəm. Saatlıda 12 iyul 2023-cü il tarixdə hamilənin təkrar fizioloji, yəni təbii doğuşunu qəbul etmişəm. Doğuşdan bir müddət sonra körpədə tənəffüs çatışmazlığı olub. Mən dərhal xəstəxananın direktor müavini, baş həkim, ixtisasca neonatoloq (neonatoloq – yenidoğulmuşlarda baş verə biləcək xəstəliklərin diaqnostikası və müalicəsi üzrə ixtisaslaşmış həkim) olan Araz Usubovu dəvət edərək doğuşda iştirak etmiş və körpəni qəbul etmiş neonatoloq həkim İradə Hüseynovanın iştirakı ilə doğuşa yardım işinin təşkili, körpənin lazımdırsa, perinatal mərkəzə təxliyəsinin təmin olunması üçün konsilium təşkil etdim".
"Lakin xəstəxanada küvəz və oksigenlə təchiz olunmuş yenidoğulmuşların intensiv terapiya palatası olsa da, baş həkim yenidoğulmuşda müvafiq müayinələrin aparılmasını təmin etməyib, xüsusi aparata (SPAP-a) qoşmayıb, küvəzə yerləşdirilmədən "doğuş zalında" 6 saat (binazal oksigen altında) saxlayıb. Bundan sonra körpənin vəziyyətinin daha da ağırlaşmasını görən baş həkim onu tibb bacısının qucağında Sabirabad RMX Perinatal Mərkəzinə təxliyə edib. Sabirabad RMX Perinatal Mərkəzində körpə ertəsi gün səhər saatlarına qədər küvəzə yerləşdirilməyib, ona heç bir diaqnostik müayinə aparılmadan yanlış "ürək qüsuru" diaqnozu qoyulub, süni ventilyasiya aparatına qoşulmayıb", – deyə məktubda qeyd olunub.

Hadisə       Tarix: 25 mart 2025
f Paylaş

Oxşar xəbərlər

Kürdəmirdə qatar 50 yaşlı kişini vurub öldürüb? - YENİLƏNDİ 

"Azərbaycan Dəmir Yolları" QSC hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb:

İdeal dövləti necə qurmaq olar?

Səhər tezdən oyanıb bir stəkan çay içdim, Fransada və ona qonşu ölkələrdə baş verən iğtişaşlar barədə xəbərləri oxudum. Sonra ideal dövlət modelini hazırlamağa cəhd etmək qərarına gəldim. İndi yəqin ki, barmağınızı gicgahınızd

Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var

Biləsuvarda ağır yol qəzası olub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1986-c

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı

Türkiyənin İstanbul şəhərində fasiləsiz yağan leysanın səbəb olduğu daşqın nəticəsində həlak olanların sayı 4 nəfərə çatıb. milliaz-a istinadən xəbər verir ki, üç gündür axtarışları aparılan dörd itkin düşmüş şəxsdən dah

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə araşdırması davam edir. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasd

Bakıda məktəb mühafizəçisinə hücum edildi

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə hücum edilib. xəbər verir ki, bir qrup şəxs məktəbin çöl divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman onlarla məktəbin mühafizəçisi arasınd

Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi

Albaniya parlamentində hakim Sosialist Partiyasının və müxalif Demokratik Partiyanın deputatları arasında əlbəyaxa dava düşüb.   "Politics" nəşrinə istinadən xəbər verir ki, hadisə parlamentin cümə axşamı keçirilə


son xeberler yeni xeberler azerbaycan xeberleri meherremlik 2026 xeberler bugun 2026 kriminal bugun enson xeberler