Gömrük Akademiyasının önündə daha bir ağır qəza: yaralılar var - VİDEO
Bakıda ağır yol-nəqliyyat hadisəsi olub.
azxeber.com xəbər verir ki, hadisə Zabrat-Maştağa yolunda, Dövlət Gömrük Komitəsinin akademiyasının qarşısında baş verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, "Opel" və "Kia Sportage" markalı avtomobillər işıqforun qırmızı işığında toqquşublar:
"Nəticədə hər iki sürücü xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Xoşbəxtlikdən ölən yoxdur. Həmin ərazidə sürücülər daha diqqətli olmalıdırlar. Bu son günlər artıq Dövlət Gömrük Akademiyasının qarşısında ikinci ağır qəzadır. Bildiyimiz kimi, ötən həftə sonu bu ərazidə akademiyanın tələbələrinin ölümü ilə nəticələnən yol qəzası olmuşdu".
Qeyd edək ki, sentyabrın 23-də akademiyanın qarşısında iki nəfərin ölümü ilə nəticələnən ağır qəza olub. Qəzadan sonra Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar.

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var