Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşma

Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşmaXəbər verdiyimiz kimi, Azərbaycan Texniki Universitetinin tələbəsi "Apple" şirkətinin kodlaşdırma yarışmasının builki qaliblərindən biri olub. 
Tələbə şirkətin ona göndərdiyi mükafata görə gömrükdə rüsum ödəmək məcburiyyətində qalıb.
Bəs, Gömrük Komitəsi tələbədən bu rüsumu nəyə əsasən alıb?
Komitə vergi rüsumlarını, sözün əsl mənasında desək "əl yandıran" qiymətləri hansı əsaslarla tətbiq edir?
Mövzuyla bağlı azxeber.com-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, buna səbəb gömrük orqanlarının öz işinin fəlsəfəsini dəqiqliklə anlamamasıdır:
Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşma"Azərbaycanda müstəqillik əldə ediləndən bəri iş adamlarının, insanların ən çox narazı qaldığı orqanlardan biri Gömrük Komitəsidir. Azərbaycan iqtisadiyyatında dərin problemlərin yaranmasına səbəb olan orqan da məhz gömrük orqanlarıdır. Çünki gömrük öz işinin fəlsəfəsini dəqiqliklə anlamır, buna görə də işi qura bilmir. Gömrüyün əsas funksiyası ölkəyə gələn mallardan çox az, bildi-bilmədi rüsumlar almaq demək deyil. Gömrüyün əsas işi, tarixən yaranma səbəbi ondan ibarətdir ki, daxili bazarı və istehsalı qorusun. Əgər Azərbaycanda daxili istehsal yoxdursa, həmin sahələrdə yüksək gömrük rüsumlarının tətbiqi absurddur. Azərbaycanda telefon istehsalı yoxdursa, buna çox yüksək gömrük rüsumu tətbiq etməyin nə mənası var? Bu artım daxili istehsalçını qoruyacaq? Təbii ki, xeyr. Çünki daxildə belə istehsalçı heç yoxdur. Ona görə də gömrük fəlsəfəsi kökündən dəyişdirilməlidir. Ümumən, gömrüyün ayrıca müstəqil qurum kimi qalmasının da əhəmiyyəti yoxdur. Gömrük orqanlarının bir departament kimi ya İqtisadiyyat Nazirliyinin, ya da Maliyyə Nazirliyinin tərkibində olması daha doğru qərar olardı. Bir sözlə, gömrük orqanları ölkədə görünməz şəkildə fəaliyyət göstərməlidir, nəyisə göstərəcək şəkildə deyil".
Məsələyə fərqli münasibət bildirən iqtisadçı Xalid Kərimli azxeber.com-a açıqlamasında deyib ki, Gömrük Komitəsinin tələbədən aldığı rüsum tam qanunidir:
Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşma"Bu, normal prosedurdur. Tutaq ki, bir nəfər əməkhaqqını yığır-yığır, gedib xaricdən "Apple" markalı hansısa məhsulu alır, həmin şəxsə bu vergi tətbiq olunur, sizə eyni məhsul mükafat olaraq göndərilirsə buna vergi tətbiq edilməməlidir? Bu cür məsələlər bir qədər emosiyaları istismar edir. Ölkənin gömrük qanunvericiliyində göstərilir ki, vətəndaş Azərbaycandan digər ölkəyə gedərkən 800 dollar məbləğində əşya, məhsulu vergisiz keçirə bilər. Bu məbləğdən yuxarı məhsullar üçün Əlavə Dəyər Vergisi (ƏDV) ödənilməlidir. İkincisi, biz 300 dollara qədər onlayn ticarət edib, vergisiz, rüsumsuz bu məhsulları əldə edə bilərik. Dediklərimin hamısı güzəşt məbləğləridir. Hər kəsə şamil edilir. Buradakı vergilər, rüsumlar dövlət büdcəsinin hesabına köçürülür. Bu ödənişlər isə təhsilə, səhiyyəyə, orduya, sosial xərclərə xərclənilir. Ondan vergi alınmasın, bu vergi verməsin. Bəs vergini kimlər verməlidir?
İqtisadçı ekspert əlavə edib ki, ölkədə hər kəs vergi ödəməlidir:
"Sözsüz ki, yanlış yanaşmadır. Əslində, ən çox elə mükafat, hədiyyələrə görə vergi rüsumları tutulmalıdır. Pulun mənbəyinin hara olması da böyük əhəmiyyət daşımır. Yazılanlardan belə çıxır ki, bir milyon mükafat alan alim vergi ödəməməlidir, amma 345 manat minimum əməkhaqqı alan xadimə vergi ödəməlidir. Bu, doğru yanaşma deyil. Qanunla hər kəs vergi ödəməlidir".
Qeyd edək ki, məsələylə bağlı Dövlət Gömrük Komitəsi açıqlama verib.
Açıqlamada deyilir:
"Vətəndaş beynəlxalq poçtdaşıma şirkəti vasitəsi ilə ona göndərilən "Apple" markalı qulaqlığın invoys dəyərini gömrük bəyannaməsində 50 ABŞ dolları olaraq qeyd etmiş və gömrük orqanı tərəfindən dəyərin dəqiqləşdirilməsi aparılmışdır. Araşdırma nəticəsində məhsulun (qulaqlıq) dəyərinin rəsmi internet mağazasında 549 ABŞ dolları olduğu müəyyən edilmişdir.
Daha sonra vətəndaşın müraciəti əsasında "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nın 2.1.4-cü yarımbəndinə müvafiq olaraq məhsul (qulaqlıq) qanunvericiliyə uyğun şəkildə gömrük ödənişlərinə cəlb olunmaqla rəsmiləşdirilmiş və buraxılışı təmin edilmişdir.
Sertifikat isə ümumiyyətlə rəsmiləşdirmə predmeti olmamışdır" - deyə vurğulanıb.
Mikayıl Mirzəzadə
Yazı Medianın İnkişafı Agentliyinin "azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda dərc edilib.
Gömrük Komitəsi mükafata görə də rüsum almalıdırmı? - Ekspertlərdən fərqli yanaşma

Sosial       Tarix: 09 sentyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Neftin qiyməti 91 dolları ötdü

Dünya bazarlarında neftin qiyməti artım nümayiş etdirib. xəbər verir ki, "Brent" markalı neftin noyabr fyuçerslərinin qiyməti 0,65 dollar və ya 0,72 faiz bahalaşaraq 1 barel üçün 91,14 dollara çatıb

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun cəbhədən son durum axsam az xeberler cəbhədən görüntülər