Gövhər Rzayeva: "Arvad da gecə saat 4-də evə gələr?" - FOTO

Gövhər Rzayeva: Gövhər Rzayeva: "Arvad da gecə saat 4-də evə gələr?" - FOTO
"Bizim ailəmiz musiqiçilərdən ibarət olub. 55 ildən çoxdur ki, qarmonda ifa edirəm. Biz musiqiçilər bundan çörək qazanırıq. Sənətimdən bezməmişəm, amma bizim də canımız candır da, insan çox vaxt yorulur. Taxtanı vurursan taxta qırılır, dəmiri vurursan dəmir əyilir. Qarmon vəfalı dostumdur. O qədər dönük, əhdinə vəfasızları görmüşəm ki, təkcə qarmon mənə dönük çıxmayıb".
Bunu "Moderator"a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib.
"Hər gülün öz ətri var, mən özümə bu sənətdə rəqib görmürəm. Öz sözümü demişəm, bəsimdir. Bundan sonra nə etməliyəm?! Bəzən deyirlər ki, "mən Xalq artistiyəm", "mən Əməkdar artistəm". Sən həyatda adi adamsan, səhnədə Xalq artistisən. Ona görə də özünü insan kimi apar. O biri dünyada yaxandan orden, medal asmayacaqlar buna görə", - deyə Gövhər Rzayeva əlavə edib. 
Gövhər Rzayeva paxıllıq edən insanlardan uzaq gəzdiyini bildirib:
"Bəzən deyirlər ki, yaşa dolsanız da, gözəl və baxımlı qalmısınız. İnsanın gərək qəlbi gözəl, təmiz olsun. Mən paxıllıq, qeybət və dedi-qodu bilmirəm. Etdiklərin onsuz da bir gün sənə qarşı çevrilir. Ona görə də insanlarla məsafə saxlayıram ki, hörmətlə qarşılanım. Məsafə gözəl şeydir".
Qarmon ifaçısından bir müddət əvvəl müğənnilik fəaliyyətinə başlayan qızını da xəbər aldıq:
"Bu ağır sənətdir. İncəsənətdən hər adam baş çıxara bilməz. Burada köpəkbalıqları var. Gərək səbirli, hövsələli olasan. O, səbirli insan deyil. İstəmirəm də abır-həya getsin. Bu sənət onluq deyil. Bizim sənətdə çox adamlar var ki, övladlarını bu sahəyə qoymurlar. Arvad da gedib gecə saat 3-4-də evə gələr? Arvad oturub xanımlıq edər. Allah mənə imkan və güc versin, onun üçün başqa bir iş edərəm. Müğənnilik onluq deyil. Evinin xanımı olsun. Mən onu görməmişəm, heç olmasa, o görsün".
Gövhər Rzayeva: / oxu.az

Şou Biznes       Tarix: 30 yanvar 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky


yeni xeberler son xeberler azerbaycan xeberleri maraqlı xəbərlər oxu.az xeberler zelzele bu gunun xeberleri haqqinda melumat