Göydəniz Qəhrəmanov: "Bu gün getmə turizmi ilə məşğul olanların sayı daha çoxdur" - MÜSAHİBƏ + FOTO

Göydəniz Qəhrəmanov: Göydəniz Qəhrəmanov: "Bu gün getmə turizmi ilə məşğul olanların sayı daha çoxdur" - MÜSAHİBƏ + FOTO
"Turizm hərtərəfli mənfəət əldə edilən, zəncirvari bir sahədir. Hətta deyirlər ki, 30-dan çox sahəni birləşdirən sektordur. Həlqələrdən biri qırılarsa, inkişaf zəif gedəcək. Burada hava yollarının, logistikanın, hotellərin, turizm şirkətlərinin, dövlət qurumlarının, assosiasiyaların marağı olmalıdır".
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun bu fikirləri təkcə ölkə turizminin inkişafı üçün lazım olan nüanslara diqqət yönəltmir, həmçinin bu sferadakı mövcud problemləri gündəmə gətirir. 
"Kaspi" qəzetinin G.Qəhrəmanovla olan müsahibəsini təqdim edirik:
Göydəniz Qəhrəmanov: - ATAA öz fəaliyyəti ilə ölkəmizin turizm sektorunda hansı mövqeyi tutur?
- Bu, turizm şirkətlərinin birliyidir. Assosiasiyanın artıq 132 üzvü var. Biz dövlətlə turizm sənayesi arasında körpü rolunu oynayırıq. Əsas rolumuz üzvlərimizin çətinliyinin aradan qaldırılması, onlara ticarətin inkişafında dəstəkdir. Çalışırıq ki, şirkətlərimiz bu məsələdə maksimum dərəcədə mənfəət əldə etsinlər, ticarətlərini daha da genişləndirsinlər. Paralel olaraq ölkədə turizmi inkişaf etdirmək, bu istiqamətdə dövlətimizin yanında olmaq istəyirik. Komandamız bu istiqamətdə çalışır. Bazarda baş verən çətinlikləri araşdırır, bunu həm Dövlət Turizm Agentliyinə, həm də digər dövlət qurumlarına çatdırırıq. Problemlərin birgə həllinə çalışırıq. Bilirsiniz ki, turizm ölkəmizdə prioritet sahələrdəndir. Məqsədimiz yeni iş yerlərinin açılması, büdcəyə valyuta axını, öz mədəniyyətimizi, tariximizi təbliğ etməkdir. 
Göydəniz Qəhrəmanov: - Pandemiya tam bitməyib, buna baxmayaraq, turizm sektorunda canlanma yaranıb: gəlmə və getmə turizmində hərəkətlilik müşahidə olunur. Sizcə,  pandemiyadan əvvəlki göstəricilərə çatmağımıza çox var hələ?
- Pandemiya həqiqətən turizm sahəsinə böyük ziyan vurdu. Sərhədlər bağlandı, turistlər gəlib-getmədi, işlər dayandı. Bu, bizim sənayeyə böyük zərbə oldu. Amma dünyanın hər yerində belə idi. Pandemiyadan əvvəlki dövrə baxsaq və rəqəmlərə nəzər yetirsək, hesab edirəm ki, bu ilin sonlarına 2019-cu ilin həmin göstəricilərinə çata və bundan sonra artıma doğru hərəkət edə bilərik. Yaxşı dinamika var. 2020-nin rəqəmlərinə nəzər yetirəndə görürük ki, turistlər səyahət etmək, xaricə getmək, Azərbaycana gəlmək istəyirlər. Bu məsələ tədricən öz həllini tapacaq. Hesab edirəm ki, 2024-cü ildə biz daha çox turist gözləyəcəyik. 
Göydəniz Qəhrəmanov: - Sirr deyil ki, turizm sahəsində ən böyük narazılıqlar uçuş biletlərinin baha olması ilə bağlıdır. Dövlət Turizm Agentliyinin sədri də bununla  bağlı narazılığını ifadə edib. Sosial şəbəkələrdə bu kontekstdə tez-tez bu tip statuslara rast gəlinir. Rəhbərlik etdiyiniz qurum bununla bağlı hər hansı təkliflə çıxış edirmi?
- Hava yolları da ticarət sektoru kimi pul qazanmaq niyyətindədir. Nəzər salsaq, pandemiya dövründə birinci zərbə onlara dəydi. Çünki turistin ilk addımı logistikadır. Statistikaya baxsaq, 2020-ci ilin aprel-may aylarında təyyarələrin 90 faizi yerdə idi. Turizmdə çalışdığım dövrdə ilk dəfə idi ki, belə halla üzləşdim. Onlara böyük maddi zərbə dəydi. Hava yolları vəziyyətdən çıxmaq üçün borca girdi. Elələri oldu ki, dövlət dəstəyi oldu. İndi onlar çalışırlar ki, boşluqları doldursunlar, itirilmiş mənfəəti qazansınlar. Biz buna anlayışla yanaşırıq. Amma unutmaq lazım deyil ki, turizmi inkişaf etdirmək istəyirik. Logistika olmasa, bu, mümkün deyil. Dünyada müşahidə edirik ki, aviabiletlərin qiyməti çox fərqlidir. Pandemiyadan əvvəlki dövrlə indiki dövrü müqayisə edirik və görürük ki, qiymətlərdə böyük fərqlər var. Bunun üçün rəqabət olmalıdır. Hava daşıyıcılarının sayı nə qədər çox olarsa, nə qədər çox uçuşlar baş verərsə, bazar qiymətləri tənzimləyəcək. Biz hava yollarından xahiş edirik ki, uçuşların sayını artırsınlar, digər şirkətlərin Azərbaycana uçuşlarını açsınlar, regionlardakı hava limanları fəaliyyətə başlasın. Ekonom büdcəli hava yolları şirkətlərinin ölkəmizə gəlməsini çox istərdik. Biz müştərilərə seçim imkanı verməliyik. Əlbəttə, ekonom büdcəli hava yolları ilə digər hava yollarını müqayisə etmək olmaz. Bu 5 ulduzlu hotellə 3 ulduzlu hotelin fərqinə bənzəyir. Qiymətlərdə də fərq olmalıdır, bu, normalıdır. Yeni istiqamətlərin gəlməsi bizim üçün çox vacibdir. Həmçinin, turistlərin regionlara səfəri üçün sürətli nəqliyyat məsələləri həll olunmalıdır. Turistlər Qəbələ və Şəkidən o yana keçmirlər. Digər rayonlar da eləcə. Turistlər avtobusla və ya maşınla 3 saatdan artıq getmək istəmirlər, yorulurlar. Sürətli qatarların xəttə buraxılması bu məsələnin həllində bizə dəstək ola bilər. Turistləri 3-4 saata paytaxtdan 300-400 km aralıda olan yerlərə çatdıra bilsək, bu, turizmin inkişafına böyük dəstək olar.
Göydəniz Qəhrəmanov: - Yeri gəlmişkən, hotel məsələsinə toxunsaq, bu sektorda da qiymət və seçim baxımından o qədər ürəkaçan mənzərə yoxdur. Daha çox 5 ulduzlu hotellərdir, qonaq cibinə hesablanan ekonom büdcəli hotellər barmaqla sayılacaq qədərdir. Bu problemlə bağlı da kifayət qədər narazılıqlar səslənir.
- Paytaxtda yetəri qədər hotellərimiz var. 10 il əvvələ nəzər salsaq, hotellərin sayı bu qədər deyildi. Yerli iş adamları turizmi artıq gəlirli bir sahə kimi görürlər. Bu da yaxşı haldır. Amma regionlara nəzər salsaq, hotellərin də, təkliflərin də sayı azdır. Elə regionlarımız var ki, 1-2 hotel var. Çox istərdik ki, yerli iş adamları həmin regionlarda qonaq evləri, ekonom büdcəli hotellərin açılmasında maraqlı olsunlar. Yerli iş adamları bunu etsələr, xərcləri daha az olacaq. Əgər paytaxtdan və ya xaricdən işçiləri cəlb ediriksə, bu xərc sonda turistin cibindən çıxacaq. Həm də yerli camaat üçün iş yerləri olacaq. Bu o demək deyil ki, digərləri investisiya etməməlidir. Regionlarımız həmişə bunun üçün açıqdır. Ancaq sürətlə irəli getmək istəyiriksə, yerli iş adamlarının bu məsələyə marağı daha çox olmalıdır. Bunun üçün də hansısa təkliflərin və proqramların olması vacibdir. Subsidiyaların verilməsi, onlarda maraq oyatması üçün maddi dəstək mütləq lazımdır. Çünki iş adamlarının da hansısa bir nöqtəyə kimi gəlmək imkanları var. Bir az da qabağa getmək üçün maddi imkanları o qədər olmaya bilər. Məndə olan məlumata görə, bu proqramlar üzrə işlər gedir. Yaxın gələcəkdə yetəri qədər qonaq evləri, hostellər, ekonom büdcəli hotellər açılmaq şansları böyükdür.  
Göydəniz Qəhrəmanov: - Bu yaxınlarda keçirdiyiniz tədbirdə Azərbaycanın turizm sektorunda uzunmüddətli satışların həyata keçirilməsi üçün turpaketlərin formalaşdırılmasında süni maneələrin olduğu vurğulanıb. Bu problemlər nədən ibarətdir?
- Bu, bütün hotellərə şamil olunmur. Elə hotellər var ki, bunun daha asan yolunu tapır. Elələri də var ki, təəssüf ki, onlarla problem yaşanır. Məsələn, indi qış aylarıdır, amma yay aylarının satışı üçün hələ qiymətlər yoxdur. Bu yaxınlarda şirkətlər Hindistanda sərgidə idilər. O tədbirdə həmin hotellərin yay mövsümünə təklifi mümkün deyildi. Çünki qiymətlər yoxdur. Bu da öz növbəsində maneədir. Düşünün ki, rəqiblərimiz - başqa dövlətlər il ərzində turpaketləri bazara təklif edirlər. Onlar bu tip sərgilərə hazırlıqlı gəlirlər. Dekabrdan artıq 2023-ün noyabr-dekabr aylarına belə tərəfdaşlarına qiymətlər təklif edə bilirlər. Tərəfdaşları da qiymətləri əldə etdikdən sonra öz yerli bazarlarında turistlərə təklif edirlər. Bizdə ən uzaq satış dövrü bir aydan o tərəfə keçmir. İndi fevralın əvvəlidirsə, biz fevralın axırına hansısa qiymətlər verə bilərik. Bu da işimizi çətinləşdirir. Bizim turizm şirkətlərinin tərəfdaşları bu qiymətləri ən azı 5-6 ay öncədən istəyirlər ki, öz bazarlarında yerli turistlərə seçim versinlər. Xarici turistlərin planlama səfərləri var. İnsanlar səfərlərini qiymətlərin ucuzluğu və seçim baxımından 5-6 ay qabaqdan planlayırlar. Əgər biz bunu bir ay öncədən veririksə, demək onlar seçimlərini ediblər. Tərəfdaşlarımız artıq paketlərini turistlərə satıblar. Biz bu məsələlərdə uduzuruq. Biz də bunu etməyən hotellərin diqqətinə çatdırmaq istəyirik ki, bu, bizə mane olur və onların hotelləri üçün xaricdə satış edə bilmirik. Düzdür, bu, bütün hotellərə şamil olunmur. Elələri var ki, öncədən qiymətlər də, təkliflər də verirlər. Amma biz ümumi bazardan danışırıq. Bu gün əgər 10 turist görürüksə, birgə işləsək, turistlərin sayını 30 və ya 50-yə qaldıra bilərik.
- Ölkədə turizm şirkətləri, yumşaq desək, yağışdan sonra göbələk kimi çoxalıb. Bu sferada bir qədər xaotiklik hökm sürür. Onların fəaliyyəti peşəkar turizm şirkətlərinin işinə nə qədər mane olur? Bu sahədə nəzarət mexanizmi necədir?
- Bu, üzvlərimizin arasında aktual olan mövzudur. Hal-hazırda lisenziya tələbi yoxdur. Turizm fəaliyyəti göstərmək istəyən şəxslər şirkətlərini qeydiyyatdan keçirərək bu sahədə fəaliyyətə başlaya bilərlər. Bu, çox yaxşı haldır. Bir növ bürokratik maneələri aradan qaldırır. Təəssüf ki, bundan düzgün istifadə etməyənlər var. Bu gün əgər maneələr yoxdursa, bu o demək deyil ki, keyfiyyəti azaltmaq lazımdır. Baxırsan ki, hansısa bir kafedə oturaraq notbukla turizm şirkətinin xidmətini aparır. Heç bir ofisi, işçisi, mühasibatlığı yoxdur.
Göydəniz Qəhrəmanov: - Bu istiqamətdə dələduzluq halları da az deyil...
- Bu cür hallar da var. Bu gün biz dünyaya özümüzü turizm ölkəsi kimi nümayiş etdiririk. Bunlarla kompakt çalışan bir komanda lazımdır. Tutaq ki, bu gün 10 milyon turist gəldi. Biz buna hazır olmalıyıq. Onlara lazımi keyfiyyəti verməliyik. Bir nəfər evdə oturub çalışmaqla bu xidməti nə qədər rəqabətə davamlı və peşəkar səviyyədə həyata keçirə bilər? Bu, mümkün deyil. Bu, bazarda düzgün çalışan, həqiqətən də şirkət fəaliyyəti göstərənlərə maneə törədir. Onların imicə vurduqları zərbələr peşəkarlara da dəyir. Etibarı, müştərilərin güvənini azaldır. Həmin şəxslərin işlərini məhdudlaşdırmağı düşünmürük, amma onları daha dürüst, daha məsuliyyətli və daha keyfiyyətli iş görməyə dəvət edirik. Assosiasiyanın bəlli standartları var. Bu quruma üzv olmaq istəyirsinizsə, standartları qoruyub saxlamalısınız. Bu, qeyri-adi standartlar deyil. Dünya bazarında mövcud standartları minimal dərəcədə qeyd etmişik. Şirkətləri də buna uyğun olaraq öz standartlarını qaldırmağa dəvət etmişik. Burada qiymət standartlarında da problemlər var. Bu, dempinqə yol açır. Turizm şirkətləri hotellər və daşıyıcı şirkətlərlə müştərilər arasında vasitəçi rolunu oynayır. Onlar turpaketi hazırlayır və birləşdirib turistlərə təqdim edir. Əsas məsuliyyət daşıyan da turizm şirkətləridir. Bəzən tur satılır, baxıb görürsən ki, keyfiyyət o dərəcədə deyil. Bayaq qeyd etdiyimiz kimi, həmin şəxsləri sonra tapmaq da olmur.
- Öz müşahidələrimə görə, sosial platformalarda turizm şirkətləri daha çox getmə turizmini təbliğ edirlər, nəinki gəlmə turizmini. Sizcə, gəlmə turizminin təbliği qane edəcək səviyyədədirmi?
- Bizim qurumun üzvləri iş fəaliyyətlərində bir neçə kateqoriyaya – həm gəlmə, həm getmə, həm gəlmə-getmə, həm də yalnız aviabilet satan şirkətlərə bölünürlər. Assosiasiyanın əsas hədəfi onlara dəstək olmaqdır. Amma diqqətlə baxsaq, bəli, faiz dərəcəsində getmə turizmi üstünlük təşkil edir. Gəlmə turizmi ilə təxminən 2015-16-cı ildən kütləvi məşğul olmağa başladıqsa, bundan əvvəlki illərdə turizm şirkətləri əsasən getmə turizmi ilə məşğul olub. Çünki Azərbaycandan turistlər daha çox səfər edirdilər, nəinki Azərbaycana gəlirdilər. Amma rəqəmlər yavaş-yavaş gəlmə turizmində də artmağa başladı və bu proses gedir. Pandemiya olmasaydı bəlkə də şirkətlər daha çox gəlmə turizmi ilə məşğul olardılar. Faiz dərəcəsinə nəzər etsək, bu gün getmə turizmi ilə məşğul olanların sayı daha çoxdur. Düşünürəm ki, ildən-ilə bu faiz dərəcəsi dəyişəcək. / oxu.az

Turizm     Baxılıb: 385   Tarix: 03 aprel 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Dubay reysi ilə bağlı AZAL-dan AÇIQLAMA. "Azərbaycan Hava Yolları" aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsi

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı

Dünyanın ən yaxşı yeməklərinə malik şəhərləri açıqlandı: Türkiyə ilk 10-luqda yer aldı. Dünyaca məşhur səyahət və qastronomiya bələdçisi "TasteAtlas" tərəfindən dünyanın ən yaxşı qastronomiya şəhərlərinin siyahıs


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler siyaseti xeberler bugun cəbhədən ən son xəbər maraqlı xəbərlər bugun xeberler