Göygöldə "III Moruq Fest" keçirildi - FOTOLAR
Göygöl rayonunun Keşkü kəndində III Moruq Festivalı keçirilib.
azxeber.com xəbər verir ki, Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən festivalın tərəfdaşları arasında Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Turizm Agentliyi, "AzerGold" QSC, Aqrar İnnovasiya Mərkəzi, Dövlət Reklam Agentliyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və digər dövlət və özəl qurumlar yer alıb.
Festivalın açılışında çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov tədbirin region üçün strateji əhəmiyyət daşıdığını bildirib. O, kənd təsərrüfatının ölkədə prioritet sahələrdən biri olduğunu, dövlət tərəfindən təqdim edilən güzəştlər, subsidiyalar və digər dəstək mexanizmlərinin aqrar sektorun inkişafına imkan yaratdığını qeyd edib.
Vüqar Novruzov festivalın həm kənd təsərrüfatının, həm də turizm sektorunun inkişafına töhfə verdiyini vurğulayıb.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli isə çıxışında fermerlərin fəaliyyətinin stimullaşdırılması, aqrar sahədə müasir yanaşmaların tətbiqi və kənd təsərrüfatının inkişafının vacibliyindən danışıb. O, giləmeyvə istehsalının genişləndirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Nazir müavininin sözlərinə görə, belə festivallar yerli istehsalçıların məhsullarının tanıdılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Festival çərçivəsində moruq məhsullarının sərgi-satışı, dequstasiyalar, ustad dərsləri, müxtəlif əyləncə proqramları və digər tədbirlər təşkil olunub. Ziyarətçilərə həmçinin yerli kənd təsərrüfatı məhsulları və sənətkarlıq nümunələri təqdim edilib.
Tədbirdə tanınmış musiqi ifaçıları və yerli sənətkarların iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunub.
İki gün davam edən festivala Azərbaycanın müxtəlif bölgələrindən çoxsaylı qonaqlar qatılıb. Tədbir yerli istehsalçılar üçün məhsullarını tanıtmaq və yeni əməkdaşlıqlar qurmaq, ziyarətçilər üçün isə Göygölün təbiəti və kənd həyatı ilə yaxından tanış olmaq baxımından imkan yaradıb.













Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar