"Gözlərimdə müharibə canlandı, erməniyə uduza bilməzdim" - Avropa çempionumuz

-a verilən məlumata görə, nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Hava Limanında Boks Federasiyasının kollektivi, idman ictimaiyyətinin nümayəndələri, bokssevərlər və idmançıların ailə üzvləri qarşılayıblar.
Oğlanlardan ibarət yığmanın böyük məşqçisi Vüqar Məmmədov bildirib ki, 32 ölkənin qatıldığı yarışdan 4 medalla qayıtmaq sevindirici haldır: "Yarışa yaxşı hazırlaşmışdıq. Mərhələli təlim-məşq toplanışlarımız oldu. Çəkilən əziyyət bəhrəsini verdi. Boksçularımız güclərini göstərdilər, inamlı qələbə qazandılar. Bu yaş qrupu üzrə yığmamızın perspektivi yüksəkdir. İnanıram ki, Avropa birinciliyində 4-cü yeri tutan komanda növbəti illərdə daha çox medal qazanaraq yuxarı pillələrdə qərarlaşacaq".
52 kq çəkidə Avropa çempionu tituluna yiyələnən Şahin Aslanov daha böyük uğurlarının qarşıda olduğunu deyib. Onun sözlərinə görə, artıq hədəfi növbəti beynəlxalq yarışlarda eyni uğuru təkrarlamaqdır: "Startda ukraynalı rəqibimi 5:0 hesabı ilə məğlub etdim. Ardınca ingilis boksçu ilə qarşılaşdım. Demək olar ki, çəkimdə ən güclü rəqib o idi. Lakin mənim üçün keçilməz olmadı. Gürcüstanlı boksçuya qalib gəlib, finalda bolqarıstanlı idmançı üzərində də qələbə qazandım. Avropa çempionu olduğum üçün sevincliyəm. Qələbəm bununla bitməyəcək, davamının gəlməsi üçün daha çox çalışacağam".
Digər Avropa çempionumuz Səftər Məmmədzadə (90 kq) də ilk uğuru ilə kifayətlənmək niyyətində deyil. Yarımfinalda erməni rəqibi üzərində qələbə qazanan boksçu buna borclu olduğunu vurğulayıb: "Avropa birinciliyinə çox yaxşı formada yollanmışdım. Məşqlərdə əziyyət çəkmişdim. Bunun üçün Avropa çempionluğunu gözləyirdim. Çəkimdə erməni boksçu olduğunu da bilirdim. Onu yarımfinalda nokaut etmək mənim üçün böyük fəxrdir. Bu qələbəmi Vətən müharibəsinin şəhidlərinə həsr edirəm. Döyüşə çıxdıqda da gözlərim önündə məhz 44 günlük müharibə canlandı. Bu səbəbdən də uduza bilməzdim. Üzərimdə əziyyəti olan məşqçilərə təşəkkürümü bildirirəm. Bundan sonrakı əsas hədəfim isə qarşıdakı dünya çempionatıdır. Mundialda da Azərbaycan himnini səsləndirmək istəyirəm".
Qeyd edək ki, 380 boksçunun qatıldığı Avropa birinciliyində Şahin Aslanovla (52 kq) Səftər Məmmədzadə (90 kq) qızıl, Adil Zalov (63 kq) və İsmayıl Vəliyev (70 kq) bürünc medal qazanıb. / konkret.az

İdman       Tarix: 27 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi

Türkiyə milli komandasının və "Real Madrid" futbol klubunun yarımmüdafiəçisi Arda Güler İspaniya təmsilçsi ilə müqaviləsinin müddətini uzadıb. KONKRET.azxəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Roman

"Sabah" bu gün "Slaviya" ilə üz-üzə gələcək

"Sabah" komandasnın əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək. bildirir ki, Azərbaycan təmsilçisi Çexiyanın "Slaviya" kollektivi ilə üz-üzə gələcək. Qarşılaşma Bakı Olimpiya Stadionun, saat 20:45-d

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Sabah" UEFA Çempionlar Liqasında tarixə düşdü

"Sabah" UEFA Çempionlar Liqasında qeydə aldığı göstərici ilə fərqlənib. xəbər verir ki, "OptaJoe"nun paylaşdığı statistikaya əsasən, Bakı klubu turnirin tarixində ardıcıl üç oyunun ilk dəqiqələrindən etibarə

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xəbərlər 2026 en son xeberler son xeberler bugun 2026 muharibe maliyye xeberler bugun