GUAM-ın iclası keçirildi, sədrlik Ukraynaya keçdi
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM-ın Xarici İşlər Nazirləri Şurasının video-konfrans formatında 40-cı iclası keçirilib, sədrlik Ukraynaya keçib.
Bu barədə KONKRET.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
GUAM-nın Fəaliyyətdə olan Sədri, Moldovanın xarici işləri naziri Nicolae Popeskunun sədrliyi ilə keçirilən iclasda Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov iştirak edib.
İclasda Gürcüstanı xarici işlər naziri İlia Darçiaşvili, Ukraynanı xarici işlər naziri Dmitro Kuleba təmsil edib.
E.Məmmədov GUAM çərçivəsində nəqliyyat, kommunikasiya, ticarət sahəsində həyata keçirilən layihələrin əhəmiyyətindən, parlamentlərarası əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq əlaqələrindən bəhs edib.
Nazir müavini tədbir iştirakçılarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar barədə məlumat verib. Bununla yanaşı, Ermənistanın məlum üçtərəfli bəyanatlardan irəli gələn öhdəlikləri yerinə yetirməməsi və işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsi ilə bağlı ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb. Ermənistan istehsalı olan minaların Laçın dəhlizindən istifadə etməklə Azərbaycan ərazisinə keçirildiyi və hərbi təxribatların davam etdiyi xüsusi olaraq qeyd edilib.
İclasın yekununda hazırki iclasın protokolu və 2 qərar qəbul olunub və sədrlik Ukraynaya təhvil verilib.
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür