"Güc və təşəbbüs Azərbaycanın tərəfindədir, tələblərindən əl çəkməyəcəklər" - Kiviryan
"Mən istisna edirəm ki, azərbaycanlıların tələbləri yerinə yetirilmədən "Artsax"ı Ermənistanla birləşdirən yol açılacaq.
KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib.
O, bildirib ki, Azərbaycan ən azı erməni tərəfinin bu və ya digər vaxtlarda tələbləri yerinə yetirəcəyinə dair vəd almalıdırlar.
"Güc və təşəbbüs onların tərəfindədir, tələblərindən əl çəkməyəcəklər. Məqsədləri barədə açıq danışırlar: Zəngəzur dəhlizi, Qarabağın Azərbaycanın daxili məsələsi kimi təqdim ediləcəyi sülh sazişinə nail olmaq, minimum Laçın dəhlizi və mədən üzərində nəzarət…", – deyə Kiviryan bildirib.
O qeyd edib ki, indi faktiki olaraq Azərbaycan Laçın dəhlizinə nəzarət funksiyasını yerinə yetirir.
"Azərbaycan deyir ki, bu mənim ərazimdir və girib yoxlama aparmaq hüququm var. İndi onlar ya məqsdələrini həyata keçirməyə çalışmalıdırlar, ya da erməni tərəfdən sanballı vədlər almalıdırlar, ya da Rusiya tərəfinin vasitəçiliyi ilə erməni tərəfinin onları hansı müddətdə yerinə yetirəcəyinə zəmanət əldə etməlidirlər", – deyə politoloq bildirib.
Kiviryanın sözlərinə görə, hazırda rəsmi Bakı Ermənistanın öz mövqeyini bildirməsini gözləyir.
"Bu tələblərin yerinə yetirilməsi ona gətirib çıxaracaq ki, azərbaycanlılar nəinki sadaladığım tələblərdən geri çəkilməyəcək, həm də artıq möhkəmlənmiş mövqelərdən başqa, digər tələblər irəli sürməyə başlayacaqlar. Azərbaycan bizdən nəsə alanda dayanmır, başqa tələbləri irəli sürməyə davam edir. Ona görə də indi təslim olmaq başqa tələblərə yol açmaq demək olardı" – deyə erməni politoloq əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür