Güclü külək bölgələrdə fəsadlar yaradıb

Güclü külək bölgələrdə fəsadlar yaradıbGüclü külək Qax və Zaqatalada bir sıra fəsadlar törədib.
KONKRET.az APA-ya istinadla xəbər verir ki, bu gün axşam saat 17 radələrindən başlayaraq ölkənin şimal-qərb bölgəsinin Balakən, Zaqatala və Qax rayonları ərazisində bir saat ərazində qeyr-sabit hava şəraiti hökm sürüb, fasilələrlə güclü külək və qısamüddətli yağış yağıb.
Bölgədə güclü külək daha çox Qax və Zaqatala rayonlarında müşahidə olunub. Güclü külək Qax rayonun Lələpaşa kəndində bir fərdi yaşayış evinin dam örtüyünün bir hissəsini qoparıb.
Külək Qazmalar və Qaşqaçay kəndində isə ümumilikdə iki vətəndaşa məxsus tövlənin dam örtüyünü dağıdıb. Güclü külək səbəbilə Qax rayonunun bır sıra kəndlərində elektrik təsərrüfatına ziyan dəyib, elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Güclü külək səbəbilə Zaqatalanın Yuxarı Tala, Aşağı Tala, Gəyəm, Car, Mazıx və Muxax kəndlərinə elektrik enerjisinin verilməsində də fasilələr yaranıb.
Qax və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları hadisə baş verən andan ərazilərə cəlb olunub, baş vermiş qəzaların aradan qaldırılması istiqamətində işlər aparıb.
Hazırda bir çox ərazilərdə güclü külək səbəbilə baş vermiş fəsadlar demək olar ki, tam aradan qaldırılıb.

Hadisə       Tarix: 01 aprel 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Cavid Ağaməliyev həbs edildi

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tərkibindəki "Naxçıvan Aqroservis" ASC-nin mənimsəmə ittihamı ilə saxlanılan sədri Cavid Ağaməliyev məhkəməyə çıxarılıb. -ın məlumatına görə, prokuror cinayəti

Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ

Şuşa Şəhər Polis Şöbəsinin rəis müavini, polis mayoru Fərəc Yusif oğlu Həsrətov ölüb. "Trend"ə istinadən xəbər verir ki, Fərəc Həsrətov bir müddət əvvəl xidməti vəzifəsini yerinə yetirərkən bədbəxt hadisə ilə üzləşib

Sumqayıtda əməliyyat: "falçı" saxlanıldı

Sosial şəbəkələrdə "falçılıq" və "baxıcılıq" adı altında vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsi barədə polisə müraciətlər daxil olub. KONKRET.azxəbər verir ki, Sumqayıt şəhərində polisi

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Makiyaj edib dərsə gedən şagirdin atası həbs edildi

Paytaxtın Qaradağ rayonunda yerləşən məktəblərin birində kosmetik vasitələrdən istifadə edən 9-cu sinif şagirdi dərsə buraxılmadığına görə insident baş verib. APA-ya istinadla xəbər verir ki, şagirdin atası Çingiz Balabəyo

AZAL təyyarəsi Bakıya uça bilmədi - SƏBƏB

Oktyabrın 17-də Rusiyanın bir sıra hava limanlarında kütləvi PUA hücumları səbəbilə uçuş cədvəllərində pozuntular qeydə alınıb. -a istinadla xəbər verir ki, Moskvanın Şeremetyevo və Vnukovo, Sankt-Peterburqun Pulkovo, Yekaterinburqu

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Tanınmış həkim ürək çatışmazlığından vəfat etdi

Göygöl rayonunda həkim Sahib Rəsulov 73 yaşında vəfat edib. xəbər verir ki, o, ürək çatışmazlığından dünyasını dəyişib. Sahib Rəsulov 1978-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirib. O, uzun illər tibb sahəsində çalışara

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər bu gunun xeberleri cəbhədən video son xeberler bu gun