Güclü külək əsəcək, yağış yağacaq, temperatur 12 dərəcə enəcək - Hava XƏBƏRDARLIĞI

Güclü külək əsəcək, yağış yağacaq, temperatur 12 dərəcə enəcək - Hava XƏBƏRDARLIĞISabahdan, sentyabrın 23-dən Azərbaycanda havanın temperaturu iqlim normasından bir qədər aşağı enəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s, 24-ü axşam, 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
Sentyabrın 25-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 10 dərəcəyədək aşağı enəcəyi, sentyabrın 24-də 23-25, sentyabrın 25-də isə 20-22 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti və mülayim hava şəraitindən sonra sentyabrın 24-ü şimal və şərq rayonlardan başlayaraq havanın dəyişəcəyi, 26-dək qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, sentyabrın 24-dən 25-nə keçən gecə yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-12 dərəcə aşağı enəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. / azxeber.com

Sosial       Tarix: 22 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Sabiq deputatlar indi harada işləyirlər? – Kim vəzifə aldı, kim işsiz qaldı?

Müxtəlif illərdə Milli Məclisin deputatı olmuş bir sıra şəxslər mandatlarını başa vurduqdan sonra dövlət vəzifələrində, təhsil müəssisələrində və ictimai təşkilatlarda fəaliyyətlərini davam etdirirlər. Onlardan bəziləri yen

Bu işçilərə 13 və 14-cü maaş veriləcək

Azərbaycan qanunvericiliyində birbaşa "13-cü və ya 14-cü maaş" adlanan məcburi ödəniş növü mövcud olmasa da, bəzi sahələrdə qanunvericilik və ya normativ-hüquqi aktlar səviyyəsində işçilərə ilin yekunlarına gör

İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır?

Son illər Azərbaycanda istehsalat qəzaları nəticəsində xəsarət alan və həyatını itirən işçilərin sayı diqqət çəkir. Belə ki, 2021-2025-ci illərdə istehsalatda baş verən bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirənləri

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb

Bakının Nərimanov rayonunda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən (DİN) -a verilən məlumata görə, cinayət əməlini törədən daha 3 nəfər - Y.Cəbiyev, Ə.Hüseynov və B.Bəndəliye

Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub

Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı "Belém Missiyası – 1,5C" hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim edilib. -un xəbərinə görə, bu barəd

Korrupsionerlər niyə rəqəmsal pullara etibar etmir? Köhnə üsulların üstünlüyü

Qazaxıstanda dövlət korporasiyalarının yüksək vəzifəli menecerlərinin səs-küylü həbsi ictimaiyyətdə təəccüb doğurub. Bir çoxları istehza ilə soruşur: bunlar doğrudanmı belə sadəlövhdürlər ki, rüşvəti hələ də nağd pulla, dol

Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü

Bakıda ağır qəza zamanı xəsarət alan şəxs iş adamı imiş. -a istinadən xəbər verir ki, noyabrın 4-də paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs iş adamı Şənli

Gələn il pensiyalar belə artırılacaq 

"Gələn ilin pensiya artımları 2026-cı ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq müəyyənləşəcək. Yəni, bu il nə qədər orta aylıq əməkhaqqı artımı baş verəcəksə, o qədər də pensiyalarda artımları müşahid


yeni xeberler son xeberler azerbaycan xeberleri havanın temperaturu cəbhədən görüntüleri hava haqqinda kriminal xeber