Güləş üzrə Azərbaycan yığmalarının Avropa çempionatı üçün heyətləri bəlli oldu
Güləş üzrə Azərbaycan yığmalarının martın 7-də Bolqarıstanın Plovdiv şəhərində start götürəcək U-23 Avropa çempionatı üçün heyəti açıqlanıb.
Federasiyadan KONKRET.az-a verilən məlumata görə, yeddinci dəfə təşkil olunacaq analoji yarışda yunan-Roma güləşində məşqçilər Rövşən Bayramov və Həsən Əliyevin rəhbərliyi altında Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Adəm Hacızadə (72 kq), Xasay Həsənli (77 kq), Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) qüvvəsini sınayacaq.
Qadınların mübarizəsində məşqçilər Həsrət Məmmədyarovla Solmaz Adilovanın rəhbərliyi altında Şəhanə Nəzərova (50 kq), Gültəkin Şirinova (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (62 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzəzadə (68 kq) Plovdivdə çıxış edəcəklər.
Sərbəst güləşdə isə məşqçilər Arif Abdullayev, Cəbrayıl Həsənov və Rövşən Hacıyevin rəhbərliyi altında Tofiq Əliyev (57 kq), Zirəddin Bayramov (65 kq), Murad Yevloyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Abdulcəlil Şabanov (92 kq), İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) mübarizə aparacaqlar.
Qitə birinciliyində Azərbaycanın beynəlxalq dərəcəli hakimlərindən Hicran Şərifov və Tural Əliyev ədaləti qoruyacaq.
Qeyd edək ki, martın 13-dək davam edəcək Avropa çempionatında 34 ölkədən 420 güləşçinin iştirakı gözlənilir. Yunan-Roma güləşində 157, qadın güləşində 118, sərbəst güləşdə isə 145 idmançının adı sifariş olunub.

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu