Güləşçilərimiz Bolqarıstanda 4 medal qazandılar
Azərbaycanın sərbəst güləşçiləri Bolqarıstanın Veliko Tırnova şəhərindəki Dan Kolov – Nikola Petrov beynəlxalq turnirində daha 4 medal qazanıblar.
KONKRET.az xəbər verir ki, son yarış günündə 86 kq-da mübarizə aparan Orxan Abbasov 3-cü yer uğrunda görüşdə moldovalı Denis Balauru 9:3 hesabı ilə üstələyərək bürünc medala sahib çıxıb.
Eyni çəki dərəcəsindəki Abubakr Abakarov finalda gürcüstanlı Sandro Aminaşvili ilə qarşılaşıb. 7:0 hesabıyla qalib gələn idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
97 kq-da çıxış edən Məhəmmədxan Məhəmmədov da final görüşündə qüvvəsini sınayıb. O, həlledici qarşılaşmada iranlı Meysam Abdini "tuşe" ilə məğlub edərək, qızıl medal əldə edib.
125 kq-dakı Rahid Həmidli isə bürünc medal uğrunda görüşdə gürcü Solomon Manaşvili ilə qarşılaşmalı idi. Lakin rəqibi zədələndiyi üçün xalça üzərinə çıxmadığından Azərbaycan təmsilçisinə texniki qələbə verilib.
Qeyd edək ki, turnirdə daha əvvəl kişilərdən Əliabbas Rzazadə (57 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc, Turan Bayramov (74 kq) gümüş, Cəbrayıl Hacıyev (74 kq) qızıl medal qazanıb. Qadınlardan isə Elis Manolova (65 kq) üçüncü yeri tutub.
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu