Güləşçilərimiz Türkiyədən 23 medalla qayıdır

Güləşçilərimiz Türkiyədən 23 medalla qayıdırTürkiyənin Antalya şəhərində yeniyetmə (U-17) güləşçilər arasında "Victory cup" turnirinə yekun vurulub.
KONKRET.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, ənənəvi yarışın sonuncu günündə yığma üzvləri 11 medal qazanıblar. Bunlardan 5-i qızıl, 3-ü gümüş və 3-ü bürünc medal olub.
Yunan-Roma güləşində Fəraim Mustafayev (55 kq) və Seymur Qasımov (65 kq) çempion olublar. Əli Əlizadə (65 kq) ikinci, Tural Əhmədov (55 kq) və İsmayıl Rzayev (80 kq) isə üçüncü yeri tutublar. Ümumilikdə turniri 3 qızıl, 4 gümüş və 3 bürünc medalla başa vuran yığmamız komanda hesabında birinci yeri tutub.
Sərbəst güləşdə Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız finalda məğlub olan Şəmistan Axundov (80 kq) gümüş medalı boynundan asıb. Ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edən millimiz komanda hesabında üçüncü olub.
Qadın güləşində sonuncu gündə 1 dəst medal qazanılıb. Elvina Kərimzadə (43 kq) çempion olub. Ruzanna Məmmədova (49 kq) ikinci, Fatimə İsayeva (65 kq) isə üçüncü pillədə qərarlaşıblar. Yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medala sahib çıxan müvafiq yığmamız komanda hesabında üçüncü yeri tutub.
Beləliklə, 3 gün davam edən turnirdə güləşçilərimiz ümumilikdə 23 (7 qızıl, 7 gümüş, 9 bürünc) medal qazanıblar.

İdman       Tarix: 12 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Sabah" Zinəddinlə yolları ayırdı

"Sabah" fransalı futbolçu Zinəddin Uld Xaledlə yollarını ayırıb. KONKRET.azxəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib

"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu

"Qalatasaray"ın 21 yaşlı ulduzu Aleksey Batrakov Çempionlar Liqasında əlamətdar bir statistikaya imza atıb. Cəmi dörd oyunda ilk dörd qolunu vuran rusiyalı futbolçu Lionel Messidən (13 oyun) və Kriştiano Ronaldoda

"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək

"Qarabağ" Misli Premyer Liqasının ev oyunlarını "Azersun Arena"da keçirəcək. KONKRET.azxəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, Ağdam təmsilçisi Tofiq Bəhramov adın

"Qarabağ" 4500 manat cərimələndi

"Qarabağ" klubu 4500 manat cərimələnib. xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb. Buna Misli Premyer Liqasının X turunda "Qəbələ" ilə səfər oyununda (0:0) yaşananlar səbəb olub. Qarşılaşm

"Sabah" doğma meydanda xal itirdi

Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib. KONKRET.azxəbər verir ki, günün ikinci matçında "Sabah" "İmişli"ni qəbul edib. "Sabah Arena"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heç

"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

"Sabah" komandasını Norveçdə "Vikinq"ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda 200-dək azarkeşin dəstəkləyəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Report-a Azərbayca

Futbolçunu ölümü: bu oyunlar təxirə salındı

İspaniya Kral Futbol Federasiyası (RFEF) "Tenerife"nin futbolçusu Xesus de Migelin vəfatı ilə əlaqədar noyabrın bu günə planlaşdırılan ölkə kubokunun oyunlarını təxirə salıb. xəbər verir ki, bu barədə qurumun mətbua

ÇL: Bu gün 9 oyun var

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turuna start verilir. KONKRET.azxəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma keçiriləcək. UEFA Çempionlar Liqası. Liqa mərhələsi. IV tur. 3 noyabr. Saat 21:45. "Şaxtyo

Millətlər Liqası: Bu gün daha 10 oyun var

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək. KONKRET.azxəbər verir ki, oyun günündə 10 qarşılaşma baş tutacaq. UEFA Millətlər Liqası. A Liqası, II qrup. 23:45, Niderland – Yunanıstan;. 23:45


son xeberler yeni xeberler azerbaycan xeberleri metbuat xeberleri xəbər.az beynelxalq bank mezenne idman xeberleri