Güləşçimiz Avropa çempionu OLDU

Güləşçimiz Avropa çempionu OLDUBolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı start götürüb.
KONKRET.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millimizin 4 üzvü çıxış edib.
Mübarizəyə 1/4 finaldan qoşulan Ziya Babaşov (63 kq) israilli Abere Feteneyə 9:2 hesabıyla qalib gələrək yarmfinala yüksəlib. Ziyanın yarımfinalda rəqibi bolqar İlya Mustakov olub. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən Babaşov rəqibi üzərində 6:1 hesablı inamlı qələbə qazanaraq Avropa çempionatının finalına adlayıb. Ziya martın 8-də həlledici görüşdə gürcü Giorgi Şotadzeylə qarşılaşıb. Rəqibinə 0:3 hesabıyla uduzan Babaşov Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Xasay Həsənli (77 kq) ilk mərhələdə bolqar Martin Dimitrovu tam üstünlüklə məğlub edib – 9:0. Həmyerlimiz 1/4 finalda macar Kriştofer Klanyiyə də heç bir şans tanımayaraq (7:0) adını yarımfinala yazdırıb. Xasay yarımfinalda serbiyalı Aleksa İliçlə üz-üzə gəlib. Rəqibini 5:1 hesabıyla xalçadan məyus yola salan Həsənli finala yüksəlib. Güləşçimiz martın 8-də qızıl medal uğrunda gürcü Davit Soloqaşviliylə mübarizə aparıb. Qarşılaşmanın əvvəlindən təşəbbüsü ələ keçirən həmyerlimiz görüşün taleyini elə ilk hissədə həll edib. Rəqibinə 10:0 hesablı tam üstünlüklə qalib gələn Xasay Avropa çempionu olub.
Laçın Vəliyev (87 kq) təsnifat mərhələsində Danimarka təmsilçisi Turpal-Ali Bisultanovla bacarmayıb – 2:10. Ancaq rəqib finaladək irəlilədiyi üçün Laçın martın 8-də türk Muhutdin Sarıçiçeklə təsəlliverici görüşə çıxıb və qarşılaşmadan qalib ayrılıb – 7:5. Həlledici görüşdə erməni Gevorq Tadevosyanla üz-üzə gələn Vəliyev gərgin mübarizə şəraitində keçən bu qarşılaşmanı da öz hesabına yazaraq (6:5), Avropa çempionatının bürünc medalını əldə edib.
Sərxan Məmmədov (130 kq) da mübarizəyə 1/4 finaldan qoşulub. Pəhləvanımız çexiyalı Marsel Albini üzərində qazandığı inamlı qələbəylə (13:5) yarımfinala vəsiqə əldə edib. Sərxan finala çıxmaq uğrunda türk Fatih Bozkurtla qüvvəsini sınayıb və görüşdən məğlub ayrılıb – 6:13. Məmmədov martın 8-də yunan Nikolaos Ntuniasla üçüncü yer üçün güləşib. Rəqibini 6:1 hesabıyla üstələyən pəhləvanımız bürünc medalı boynundan asıb.
Beləliklə, yunan-Roma güləşçilərimiz U-23 Avropa çempionatının 2-ci gününü 4 (1 qızıl, 1 gümüş və 2 bürünc) medalla başa vurub.
Güləşçimiz Avropa çempionu OLDU

İdman       Tarix: 09 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

Ronaldo millidən uzaqlaşdırılıb

Kriştiano Ronaldo Portuqaliya millisinin oyunlarından müvəqqəti kənarlaşdırılıb. xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb. Buna hücumçunun baş məşqçi Jorje Jezuşla yaşadığı münaqişə fonunda komandanı

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi

"Bavariya" futbol klubunun baş məşqçisi, belçikalı Vensan Kompani hərtərəfli müayinədən keçəcək və həkimlərin nəzarəti altında qalacaq. xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. "Vensa

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son görüntülər son xeberler 2026 zelzele xeberler