"Gümrü bazası Qarabağa köçürüləcək" iddiasının sirri

Rusiya və onun satelliti Ermənistan arasında informasiya savaşı davam edir.
Hələ ki "qərbçi" baş nazir Nikol Paşinyanın Qərblə oyunu sonuncunun ümidlərini və gözləntisini doğrultmayıb, İrəvanın Rusiya orbitindən uzaqlaşması baş verməyib.
KONKRET.az xəbər verir ki, bunu o vaxt söyləmək mümkün olacaq ki, Ermənistandan Rusiya hərbi kontingenti çıxarılacaq, onun xarici sərhədlərini ruslar yox, öz hərbçiləri qoruyacaq.
Moskva-İrəvan münasibətlərinin gələcəyindən danışan rusiyalı ekspert Aleksey Martınov hesab edir ki, Kreml hələlik heç bir kəskin addım atmayacaq. "Çünki Rusiya, ümumiyyətlə, emosional düşüncələrə meylli deyil, baxmayaraq ki, Paşinyanın yeni Qərb dostları tərəfindən fəal şəkildə təhrik olunur. Rusiyanın Cənubi Qafqazdakı hərbi mövcudluğuna gəlincə isə xatırlatmaq istərdim ki, Ermənistan ərazisində – Gümrüdə Rusiya hərbi bazası var və bu, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edir. Baxmayaraq ki, Ermənistan Azərbaycanla münaqişə vəziyyətindədir və hələ də sülh müqaviləsi imzalanmayıb, əminəm ki, Rusiya regionda öz hərbi mövcudluğunu qoruyacaq".
Lakin onun sözlərinə görə, baza məsələsi yenidən gündəmə gəlsə, o zaman çox güman ki, Rusiya onu Qarabağ ərazisinə keçirəcək. "Rusiya istənilən digər münaqişədə olduğu kimi, bu münaqişədə də heç kimin tərəfini tutmur, lakin Kreml regionda olmasını tələb edən geostrateji maraqlarını müdafiə edir və bu, təmin olunacaq", – rusiyalı ekspert özündənrazı şəkildə əlavə edib.
Rusiyanın Gümrüdəki hərbi bazası, sən demə, təkcə Rusiyanın mövcudluğunu deyil, həm də bütün regionun təhlükəsizliyini təmin edirmiş. Bəlkə əksinədir?
İkinci yandan, Azərbaycan Rusiyanın bir quberniyasıdırmı ki, Gümrüdəki bazasını götürüb Qarabağa köçürsün? Martınov Bakının buna razılıq verəcəyini haradan bilir? Azərbaycan öz ərazindən xarici hərbi qüvvələri tam çıxarmağa çalışdığı halda Qarabağda rus hərbi bazası necə yerləşə bilər? Üstəlik, Azərbaycanın Konstitusiyası, Hərbi Doktrinası da buna izn vermir. Ondansa Bakı elə qardaş Türkiyənin hərbi bazasına razılıq verər.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov bildirdi ki, rusiyalı siyasi ekspert Aleksey Martınov 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi dövründə, müharibədən öncə və sonrakı zamanlarda Azərbaycan əleyhinə daim çıxışlar edib və ermənipərəst siyasi ekspert kimi tanınır: "Martınov hər zaman erməni ekspertlərlə bir sırada Azərbaycanın əleyhinə çıxışlar etməsi ilə seçilir. Rusiyadakı siyasi ekspertlərin əksəriyyəti Rusiya siyasi hakimiyyətinin nəzarəti altında olan insanlardır. Onlara hansı məsələ barədə və necə danışmaq barədə sifarişlər, təlimatlar verilir. Güman etmək olar ki, bu dəfə Azərbaycanın nəbzini yoxlamaq üçün Aleksey Martınovun dili ilə Gümrüdəki hərbi bazanın məsələsi o şəkildə ictimailəşdirilib. Güman ki, Martınov ona verilən göstərişə uyğun həmin fikirləri bildirib. Rusiyanın 102-ci hərbi bazası Ermənistandan çıxarılmasa belə, Moskvanın digər hərbi bazalarını Cənubi Qafqazın daha iki ölkəsi olan Azərbaycan və Gürcüstanda yerləşdirməsi arzusu və planı həmişə olub, bu gün də var. Qarabağdakı sülhməramlıların orada qalma müddətinin bitəcəyi tarix yaxınlaşdıqca, Rusiya bölgədə hərbi mövcudluğunu başqa ad altında qoruyub saxlamaq, başqa ad altında daha da genişləndirmək barədə düşünür. Martınova nəbz yoxlaması üçün verilən sifariş də bununla əlaqədardır. 102-ci hərbi baza Ermənistan ərazisini tərk etməyəcək. Çünki Rusiyanın belə bir planı yoxdur və Ermənistan dövlətinin də Rusiyanı buna məcbur etmək gücü, imkanı yoxdur. Ermənistanın Rusiya ilə imzaladığı razılaşmalardan biri də 102-ci hərbi bazanın Gümrüdə qalma müddətinin 2045-ci ilə qədər uzadılmasıdır. Bu reallıq ortada olmasına baxmayaraq, Aleksey Martınova məlum açıqlamanı vermək təlimatı verilibsə, bu bir daha təsdiqləyir ki, Rusiya nəbz yoxlaması edir. Çünki Rusiya siyasi və hərbi rəhbərliyi Qarabağda və ya Cənubi Qafqaz ölkələrinin başqa hər hansı ərazisində hərbi iştirakı başqa bazaları vasitəsilə gerçəkləşdirmək istəyir".
Ekspert vurğuladı ki, Azərbaycanın belə bir plana razılıq verməsi isə mümkün deyil. Azərbaycanın Hərbi Doktrinası, Milli Təhlükəsizlik Konsepsiyası və Konstitusiyası da Rusiya hərbi bazasının Azərbaycan ərazisində yerləşdirilməsinə imkan vermir: "Azərbaycan gələn ilin noyabrında Rusiya sülhməramlı qüvvələrinin ərazimizi tərk etməsi üçün 6 ay öncədən rəsmi məsələ qaldırmalıdır. Verilmiş rəsmi açıqlamalardan belə nəticəyə gələ bilərik ki, Bakı bu məsələdə qəti mövqedədir.
Martınovun çıxışı Azərbaycana qarşı təxribatçı çıxışdır. Azərbaycanın öz siyasəti var və belə təxribatçı nəbz yoxlamaları heç nəyi dəyişən deyil. Cənab Prezidentimiz də çıxışlarında bir neçə dəfə bəyan edib ki, 10 noyabr üçtərəfli bəyanatında əksini tapan müddət başa çatanda sülhməramlı kontingent Azərbaycan ərazisindən çıxacaq. Prezident İlham Əliyev bunu hətta Xankəndi separatçılardan azad edilməmişdən öncəki dövrdə demişdi. Sülhməramlı qüvvələrə ötən ilin sentyabrından sonra ümumiyyətlə ehtiyac qalmayıb. Sadəcə olaraq, Azərbaycan öz imzasına hörmət edən ölkə olaraq davranır, üçtərəfli bəyanatdakı müddətin başa çatmasını gözləyir". (Yeni musavat)

Siyasi       Tarix: 16 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

Zahid Oruc: "Azərbaycanı kənardan idarə etmək istəyənlər yanılır

"Azərbaycan müstəqillik qazandıqdan sonra Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Qərb dövlətlərindən gözləntilərimiz maksimum səviyyədə idi. Çünki həmin dövlətlər iqtisadi, texnoloji və xüsusilə də hüquqi baxımda

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

Azərbaycanla Argentina arasında hüquqi əməkdaşlıq müzakirə olundu

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Argentinanın Buenos-Ayres şəhərinə işgüzar səfəri çərçivəsində noyabrın 13-də ölkənin Federal Baş prokuroru Eduardo Kasal və Buenos-Ayres Muxtar Şəhərini

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Donbas Rusiyaya verilsin, Finlandiya NATO-dan çıxsın – Rusiyanın məqsədi nədir?

Ukraynada müharibənin dayandırılması ilə bağlı diplomatik müzakirələr davam edir. Tərəflər arasında müharibənin başa çatdırılması üçün müxtəlif təkliflər və şərtlər gündəmə gətirilir. Rusiyanın irəli sürdüyü iddia oluna

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir

Ermənistan 2029-cu ildə BMT-nin İqlim Dəyişikliyi üzrə 34-cü Konfransının (COP34) keçirilməsi üçün öz namizədliyini irəli sürüb. KONKRET.azxəbər verir ki, bu barədə ətraf mühit naziri Ambarsum Matevosyan COP31 çərçivəsind

İlham Əliyev və ailəsi COP31 Liderlər Sammitində iştirak edir

Noyabrın 11-də Türkiyənin Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammiti keçirilib. xəbər verir ki, Azərbaycan Respublikasının Prezident


son xeberler yeni xeberler azerbaycan xeberleri son xəbər bu gunun xeberleri xəbərlər.com xeberler azerbaycan