Gürcüstan millisi necə tarix yazdı?

Gürcüstan millisi necə tarix yazdı?Ötən gün Gürcüstan milli komandası cari ilin yay aylarında Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazandı. Bununla da qonşu ölkənin yığması ilk dəfə qitə birinciliyinin əsas yarışında iştirak edəcək.
KONKRET.az xəbər verir ki, tarix yazan Gürcüstan millisinin bu uğuru həm sürpriz kimi qarşılandı, həm də onların inamlı çıxışının səbəbi maraq doğurdu. Necə oldu ki, daxili liqası Azərbaycan çempionatından zəif olan ölkənin yığması tarix yazdı?

Azərbaycan kimi Gürcüstanda da dövlət futbolun ikişafına xüsusi diqqət ayırmışdı. İllər öncə başladılan layihələrdə əsas məqsəd gürcü oyunçuları ölkə xaricinə çıxarmaq və legioner həyatı yaşamasını təmin etmək idi.
2015-ci ildə Gürcüstan Futbol Federasiyasının prezidenti postunda dəyişiklik oldu. Bu vəzifəyə ölkənin tanınmış futbolçularından olan Levan Kobiaşbili gətirildi. O daha çox Almaniyadakı çıxışı ilə tanınır. L.Kobiaşvili "Frayburq", "Herta", "Şalke" kimi klubların şərəfini qoruyub.
Məhz onun gəlişindən sonra Gürcüstan çempionatında mübarizə aparan klublara dövlət tərəfindən maliyyə ayrılmağa başlanılıb. Kobiaşvilinin ikinci dəfə prezident seçildiyi 2019-cu ildə dərc olunan hesabatda ümumilikdə ölkədəki 78 kluba 33.969.200 lari (21.332.657 manat) xərcləndiyi açıqlanıb.
Gürcüstan millisi necə tarix yazdı?Bu pulların böyük hissəsi əsas liqada mübarizə aparan komandalara ayrılıb. Məhz oradan çıxan futbolçular Avropa nəhənglərinin heyətində top qovmağa başladılar.
Hazırda gürcülərin əsas yığmasındakı oyunçuların 90 faizi legioner həyatı yaşayır. Bu isə komandanın uğur qazanmasını şərtləndirir.
Komandanın qapısını qoruyan Giorgi Mamardaşvili İspaniya La Liqasında çıxış edən "Valensiya"nın əsas çərçivə qoruyucusudur. Müdafiə xəttində "Şaxtyor"da (Donetsk) çıxış edən Giorgi Qoçoleişvili, İtaliyanın "Kremoneze" klubunda oynayan Luka Loçoşvili, "Torino"ya məxsus Saba Sozonov var. Lakin maraqlıdır ki, bu oyunçuların heç biri əsas heyətdə meydana çıxmır. Komandanın baş məşqçisi daha çox təcrübəli müdafiəçilərə güvənir. Arxa xətdə Quram Kaşia, "Neftçi"də çıxış etmiş Solomon Kverkvelia və Laşa Dvali oynayır. Bu futbolçuların hər üçü müxtəlif ölkələrdə legioner həyatı yaşayır.
Gürcüstan millisi necə tarix yazdı?Komandanın yarımmüdafiə xəttini Otar Kakabadze ("Krakovia", Polşa), Giorgi Koçoraşvili ("Levante", İspaniya), Otar Kiteişvili ("Şturm", Avstriya), Levan Şengelia ("Pantelolikos", Yunanıstan) təşkil edir. Onları əvəz edənlər də Avropanın müxtəlif liqalarında oynayan futbolçulardır.
Hücum xətti isə İngiltərənin "Uotford" klubunda top qovan Giorgi Çakvetadze, "Napoli"nin və Avropanın gənc ulduzlarından sayılan Xviça Kvaratsxeliya və Almaniyanın "Karslure" klubunda oynayan Budu Zivzivadzedən qurulub.
2015-ci ildən başlayan planlama bu gün Gürcüstan futbolunu Avropanın 24 ən güclü komandası arasına qatdı. 9 il ərzində inkişafa nail olundu.
Gürcüstan millisi necə tarix yazdı?Həmin illərdə Azərbaycan futbolu üçün proqram yaradılsa da, hələ ki, ayrılan vəsaitlərin hara xərcləndiyi bəlli deyil. Azərbaycan Futbol Federasiyası gürcülərin plan qurduğu vaxtlarda xaricdə Azərbaycana az da olsa, bağlılığı olan futbolçuları, türkiyəli oyunçuları milliləşdirməklə məşğul idi. Daha çətin rəqibləri sıradan çıxararaq final mərhələsində mübarizə aparacaq gürcülərdən fərqli Azərbaycan yığması daha asan komandalar qarşısında aciz qalmaqda davam edir. Elə, məsələn, Monqolustan kimi. Cəmi 5 dəqiqə də dözsəydilər, biz də asiyalıların futbol tarixinə düşəcəkdik.Qafqazinfo

İdman       Tarix: 27 mart 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

"Sabah" "Slaviya"ya qarşı... - Canlı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda bu gün keçiriləcək "Sabah" – "Slaviya" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 20:45-də başlayacaq matça aşağıdakı tərkibd

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər


yeni xeberler son xeberler azerbaycan xeberleri axsam.az xeberler valyuta məzənnələri hava haqqinda metbuat xeberleri