Qurbanov Rusiya klubunun baş məşqçisi ola bilər
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın "Spartak" klubunu çalışdıra bilər.
KONKRET.az"Mediasport"a istinadən xəbər verir ki, mütəxəssis Moskva təmsilçisinin baş məşqçisi olmağa 4 əsas namizəddən biridir.
İddiaçılar sırasında Albert Riera, İvan İviç və İqor Şalimovun da adı var.
Rusiya mətbuatı Qurbanov haqda geniş paylaşım edib:
"Ən gözlənilməz, amma maraqlı variant: xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada "Baltika" və "Fakel" klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, "Qarabağ"da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil, bir sıra rusiyalı futbolçunun məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib".
Xatırladaq ki, Rusiya mətbuatı "Spartak"ın 2024-cü ildən baş məşqçi postunda olan serbiyalı Deyan Stankoviçi bugünlərdə istefaya göndərəcəyini yazır.

Pezeşkian region ölkələrinə səsləndi: Təhlükəsizlik axtarırsınızsa
Yağıntılı hava davam edir, dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümüdür
Bu günə qədər 856 uşaq övladlığa verilib
Neftimiz bu gün neçəyə satılır?
Badamdarda avtomobillər uçqunun ALTINDA QALDI
Lənkəranda "Prius" "Opel"lə toqquşdu - Xəsarət alanlar var
Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir
Yaşar Gülər iranlı həmkarı ilə danışdı
Yaxın Şərqdəki vəziyyəti müzakirə etdilər
Minik avtomobili 'KamAZ'a çırpıldı, sürücü hadisə yerində öldü
Hakan Fidan: "İsrailin bu üsuluna sonuncu dəfə Stalin əl atmışdı
Vəziyyət getdikcə mürəkkəbləşir - Amerikanın addımı gözlənilməz olacaq
İsrail ordusu çökə bilər — Baş Qərargah rəisindən ŞOK açıqlama
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib