Gürcüstan Prezidenti Nikol Paşinyanla görüşdü

Gürcüstan Prezidenti Nikol Paşinyanla görüşdüGürcüstan Prezidenti Mixail Kavelaşvili İrəvana rəsmi səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
KONKRET.az report-a istinadən xəbər verir ki, məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayıb.
Ermənistan Hökumət Evində baş tutan təkbətək görüşdə M.Kavelaşvili regional əməkdaşlıq və Cənubi Qafqazda sülh təşəbbüslərinə dəstəyini ifadə edib.
Tərəflər Gürcüstan və Ermənistan arasında mövcud olan səmərəli əməkdaşlıq və mehriban qonşuluq münasibətlərini müzakirə ediblər. Həmçinin, regionda mövcud çağırışlar, eyni zamanda Cənubi Qafqazda sülh və sabitliyin əhəmiyyəti müzakirə edilib.
Prezident Mixail Kavelaşvili bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı Cənubi Qafqazda davamlı sülh və sabitlik yolunda tarixi addım kimi qiymətləndirir.
Kavelaşvili, eyni zamanda, qeyd edib ki, bu yaxınlarda Tbilisidə Gürcüstan, Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirilib və bu formatda əməkdaşlığın gələcəkdə də davam etdirilməsi regionun rifahı baxımından önəmlidir.
Onun sözlərinə görə, Gürcüstan Cənubi Qafqazda regional dialoq və əməkdaşlığın inkişafına sadiqdir və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırdır.

Siyasi       Tarix: 29 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Vyetnam arasında yeni dövr başlayır – MÜHÜM AÇIQLAMA

Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə əlaqələrin genişləndirilməsi, yeni iqtisadi tərəfdaşlıqların qurulması və beynəlxalq əməkdaşlığın şaxələndirilməsi mühüm istiqamətlərdən birini təşkil edir. Xüsusilə so

Tramp-Putin-Szinpin görüşü - Bəyannamənin tam mətni

Üçtərəfli görüşdən sonra Rusiya, Çin və ABŞ dövlət başçılarının Sülh haqqında Bəyannaməsi qəbul edilib. xəbər verir ki, Kreml bəyannamənin tam mətnini dərc edib. Bəyannamədə bildirilib ki, Rusiya Federasiyasının Prezident

İlham Əliyev: Mən Vyetnama səfərimin nəticələrindən çox məmnunam

Prezident İlham Əliyevin sosial media hesablarında Hanoyda Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamın və xanımı No Fon Linin adından verilən rəsmi nahar tədbirində çıxışından video paylaşılıb. xəbər verir ki, paylaşımd

Çin liderindən Trampa Tayvanla bağlı XƏBƏRDARLIQ

Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ Prezidenti Donald Trampla görüşündə ona Tayvanla bağlı xəbərdarlıq edib. " xəbər verir ki, Si Cinpin Tayvan mövzusunda ABŞ-ın "doğru iş görərək, ikitərəfli əlaqələrd

Yekun bəyanat qəbul edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnama rəsmi səfəri zamanı iki ölkənin dövlət başçıları tərəfindən "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Ba

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mahiyyətini və mədəni irsini daşıyan inci hesab olunur. xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanı

Sahibə Qafarova Türkmənistanda işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 61-ci plenar iclasında iştirak etmək üçün Türkmənistana işgüzar səfər edib. Bu barədə -a Mill

Ermənistanda həbsxanada ölən siyasətçi ilə bağlı mübahisə böyüyür

Ermənistan parlamentinin rəhbəri Ruben Rubinyan müxalifətçi siyasətçi Arsen Gevorqyanın həbsxanada ölümünün siyasiləşdirilməsinə qarşı çıxıb. "Armenpress"ə istinadən xəbər verir ki, Rubinyan bu barədə bu gün parlamenti

"Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?"

"Əliyevin sülhü" deyirlər (müxalifəti nəzərdə tutur – red. Gəlin sülhün necə qurulduğuna nəzər salaq. Sülh müqaviləsi imzalanmalıdır, onu kim imzalayacaq? İndi böyük bir sürpriz, milli rüsvayçılıq, sui-qəsd ifşas


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler bugun 2026 muharibe son xeberler bu gun cəbhədən görüntülər bu gunun xeberleri haqqinda melumat