Gürcüstanda DTX-nın keçmiş rəis müavini HƏBS EDİLDİ
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçmiş rəis müavini Soso Qoqaşvili həbs olunub.
KONKRET.az xəbər verir ki, onun gecə saatlarında xüsusi polis əməliyyatı nəticəsində evində həbs edildiyini əks etdirən videokadrları həyat yoldaşı sosial şəbəkədə yayıb.
S.Qoqaşvili ötən gün sosial şəbəkə səhifəsində 2021-ci ildə Gürcüstanda keçirilmiş yerli seçkilərin nəticələrinin saxtalaşdırılması barədə sübutların olduğunu yazaraq hakim "Gürcü Arzusu" Partiyasının liderlərinə onları ifşa edəcəyinə söz verib.
Qeyd edək ki, S.Qoqaşvili 2018-ci ildə DTX-nin rəis müavini vəzifəsindən istefa verib. O, daha sonra 2020-ci ilədək hakim partiyada Monitorinq, koordinasiya və analitika departamentinə rəhbərlik edib.//Report

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu