Gürcüstanda gün ərzində növbəti zəlzələ oldu - YENİLƏNİB
Gürcüstanda Dmanisidən 25 kilometr cənub-qərbdə yerləşən Sameba kəndi yaxınlığında növbəti zəlzələ qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, sonuncu yeraltı təkan Tiflis vaxtı ilə saat 17:54-da 3.7 bal gücündə baş verib.
10:40
Gürcüstanda 4,8 bal gücündə zəlzələ baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmik Monitorinq Mərkəzi bildirib.
Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:36-da Dmanisi şəhərindən 25 km cənub-qərbdə, Sameba kəndi yaxınlığında qeydə alınıb.
Zəlzələ episentrdən təxminən yüz kilometr aralıda, Tbilisidə də hiss olunub. Ölənlər və dağıntılar barədə məlumat verilməyib.
Xatırladaq ki, bu il iyulun 3-də Rusiya-Gürcüstan sərhədi yaxınlığında zəlzələ baş verib. Zəlzələnin gücü 4.2 bal olub.
Növbəti dəfə isə Laqodexi bələdiyyəsinin Zemo Xeçili kəndi yaxınlığında 3.4 ballıq zəlzələ qeydə alınıb.
KONKRET.az

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu