Gürcüstanın "Dinamo" klubu satışa çıxarılır
Gürcüstanlı iş adamı Roman Pipiya "Dinamo" (Tbilisi) klubunu satmağı qərara alıb.
KONKRET.az-ın "Formula Sport" nəşrinə istinadən məlumatına görə, yaxın vaxtlarda bu qərarla bağlı rəsmi açıqlama veriləcək.
Nəşr bildirib ki, azarkeşlərin bir neçə il "Pipiyasız "Dinamo" şüarı səsləndirməsi buna səbəb olub.
56 yaşlı funksioner komandaya bir neçə təcrübəli mütəxəssis və futbolçular cəlb etsə də, fanatların ölkənin ən titullu klubunu yenidən avrokubokların qrup mərhələsində görmək istəyi baş tutmayıb.
Ölkəsinə qayıtmazdan əvvəl uzun illər Rusiyada çalışmış iş adamı 2011-ci ilin yanvarında paytaxt təmsilçisini alıb və "Dinamo"ya bir neçə milyon ABŞ dolları sərmayə qoyub. Onun rəhbərliyi dövründə paytaxt təmsilçisinin ev oyunlarını keçirdiyi "Dinamo Arena" və məşq bazarı yenidən qurulub, Vitaly Daraseliya adına futbol akademiyası fəaliyyətə başlayıb.//Report
Kurslar.az kurslar [newsid: 0-123300]

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu