Hacı Əliyev: "Paris-2024-ə ciddi hazırlaşmışıq"
"Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmışıq",
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
33 yaşlı idmançı iyulun 26-da Fransanın paytaxtı Parisdə start götürəcək Yay Olimpiya Oyunlarının Azərbaycan idmançıları üçün uğurlu keçəcəyinə inandığını bildirib:
"Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmışıq. Qarşıda bizi Qubada təlim-məşq toplanışı gözləyir. Həmin toplanışdan birbaşa olimpiadanın keçiriləcəyi Parisə yola düşəcəyik. İnanırıq ki, yarış Azərbaycan idmançıları üçün uğurlu olacaq".
H.Əliyev bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə olimpiadaya lisenziya qazanan idmançılarla keçirilən görüş barədə fikirlərini bölüşüb:
"Tədbir istirahət vaxtımıza düşdü, bizim üçün də xoş oldu. Bu tədbir sayəsində üzərimizdə olan stressi ata bildik".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

"Dedi ki, başına oyun açacam" - "Bolt" sürücüsü qadına zorakılıq edib?
Xankəndidə dövlət qurumunun əməkdaşı narkotiklə saxlanıldı
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI
Masazırda ağır qəza: ölən var
"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib
Roma imperiyasının süqutundan müasir Avropaya: Tarix həqiqətən təkrarlanırmı?
Prezident qızları bir arada - Foto
Həkimlərin "məşəqqətli cadugər" adlandırdığı qadın - FOTOLAR
"Qalatasaray" Fransadan qalib qayıdır
Xəstəliklərin səbəbi və mənası - Bu, insanlara daha çox şəfa gətirir
"28 Mall"un qarşısında ölüm - təfərrüat
Uitkoff Sankt-Peterburqa gəldi
Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi
Mariya Şarapova Bakıya gəlir