Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq

Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaqHacıbəy Heydərli,
Rəqəmsallaşmanın sürətlə genişləndiyi müasir dövrdə sosial şəbəkələr cəmiyyətin gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib.
Uşaqlar və yeniyetmələr də bu platformalardan geniş istifadə edirlər. İnternet mühitində zərərli məzmun, kibertəzyiq, kiberbullinq, şəxsi məlumatların qanunsuz toplanması, müxtəlif psixoloji təsirlər və onlayn təhlükələr də artmaqdadır. Məhz buna görə dünyanın bir çox ölkəsində azyaşlıların rəqəmsal təhlükəsizliyini təmin etmək üçün yeni hüquqi mexanizmlər tətbiq edilir və sosial şəbəkələrin məsuliyyəti artırılır.
Azərbaycanın da bu istiqamətdə yaşa görə sosial şəbəkə tələblərinin pozulmasına görə cərimələr müəyyənləşdirməsi qlobal çağırışlara uyğun atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Düşünürəm ki, bu qərar ilk növbədə uşaqların və yeniyetmələrin hüquqlarının qorunmasına, onların internetdən təhlükəsiz istifadə etməsinə və rəqəmsal mühitdə daha sağlam inkişafına xidmət edir.
Yaş məhdudiyyətlərinin tətbiqi sosial şəbəkələr üçün sadəcə formal tələb deyil. Bu, platformaların istifadəçilərin yaşını daha məsuliyyətli şəkildə yoxlamasını, azyaşlılar üçün xüsusi təhlükəsizlik mexanizmləri yaratmasını və onların qarşılaşa biləcəyi riskləri minimuma endirməsini təşviq edir. Cərimə mexanizminin mövcudluğu isə bu tələblərin real icrasını təmin edən mühüm vasitələrdən biridir. Əks halda, hüquqi öhdəliklər praktikada lazımi səviyyədə yerinə yetirilməyə bilər.
Azərbaycanda zaman-zaman "Meta" şirkətinə məxsus "Facebook" və "Instagram" platformalarında yerli xəbər resurslarının və informasiya səhifələrinin bloklanması, paylaşımların görünürlüğünün məhdudlaşdırılması, saxta və ya koordinasiyalı şikayətlər nəticəsində hesabların fəaliyyətinin dayandırılması ilə bağlı iddialar səsləndirilir. Belə hallarda qərarların əksəriyyətinin avtomatlaşdırılmış sistemlər və süni intellekt alqoritmləri vasitəsilə verilməsi, platformaların ölkədə yerli nümayəndəliyinin olmaması səbəbindən operativ izahat və ya hüquqi müdafiə imkanlarının məhdud qalması narahatlıq doğurur.
Bu vəziyyət təkcə ayrı-ayrı istifadəçilər və media qurumları üçün deyil, həm də ölkənin informasiya təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər. Çünki ictimai əhəmiyyət daşıyan məlumatların yayılmasına təsir göstərən qərarlar xarici platformalar tərəfindən qəbul edilir və həmin qərarların əsaslandırılması, onlardan şikayət verilməsi və ya məsuliyyət mexanizmləri hər zaman kifayət qədər şəffaf olmur. Nəticədə, yerli informasiya məkanına təsir imkanları genişlənir və milli maraqların qorunması ilə bağlı suallar yaranır.
Məhz bu baxımdan sosial şəbəkələrin fəaliyyətinə dair yeni hüquqi tələblərin müəyyənləşdirilməsi təkcə uşaqların qorunması məqsədi daşımır, həm də rəqəmsal platformaların məsuliyyətinin artırılmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmləri sosial media şirkətlərini ölkənin hüquqi tələblərinə daha ciddi yanaşmağa, istifadəçilərin hüquqlarını qorumağa, qərarlarının əsaslandırılmasını təmin etməyə və qanunvericiliyin tələblərinə əməl etməyə təşviq edir. / azxeber.com

Sosial       Tarix: 05 avqust 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Lyuk"a düşüb xəsarət alan məmur xanımına görə - AAYDA rəsmisi cəzalandırılıb

Bakıda məmurlardan birinin xanımı açıq qalmış yağış kanalizasiya quyusuna düşərək xəsarət alıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 13B ünvanınd

Bakı-Quba yolunda yük maşını aşıb, ölən var

Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə -a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasedicilər

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artdı

Azərbaycanda kənd yumurtasının qiyməti kəskin artıb. "Qaynarinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl 20-25 qəpiyə təklif olunan kənd yumurtası 10 qəpik bahalaşıb. Bildirilir ki, hazırda bölgələrdə kən

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Bu həftə bürcləri nələr gözləyir? - Sevgi, pul…

19–25 oktyabr tarixlərini əhatə edən yeni həftə bürclər üçün fərqli hadisələrlə yadda qala bilər. Astroloji yozumlara görə, bəzi bürcləri sevgi həyatında xoş sürprizlər, digərlərini isə iş və maliyyə sahəsində mühüm qərarla

Qarabağ' – 'Neftçi' oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb

"Qarabağ" – "Neftçi" futbol oyunu ərəfəsində və oyundan sonra insident törətməyə cəhd göstərən 19 nəfər polis tərəfindən müəyyən edilərək saxlanılıb. . DİN-in Mətbuat Xidmətindən -un sorğusuna cavab olara

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbərlər havanın temperaturu azerbaycan son xeber bugun cebheden xeberler