Hakan Fidandan SƏRT SÖZLƏR: "PKK Suriyadan ya könüllü çıxacaq, ya da..."

Hakan Fidandan SƏRT SÖZLƏR: Türkiyənin xarici işlər naziri Hakan Fidan, Qətərin paytaxtı Dohada Qətər Baş naziri və Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ilə görüşüb. Görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında Hakan Fidan mühüm açıqlamalar verib.
KONKRET.az xəbər verir ki, Fidan çıxışında PKK-nın silahı buraxmalı olduğunu və bölgədə normallaşmanın qarşısında maneə olmamalı olduğunu vurğulayıb:
"Suriya necə DEAŞ-dan təmizləndisə, PKK da sistemdən çıxarılacaq. Ya öz xoşu ilə, barış və sülh içində bölgədən çəkiləcək, ya da başqa cür çıxacaq," – deyə o bildirib.
"Ədalətli və davamlı həllin əsası iki dövlətli həll modelidir"
Hakan Fidan Türkiyə ilə Qətər arasındakı münasibətlərin bölgənin sabitliyinə töhfə verdiyini qeyd edərək bildirib:
"İkili ticarət həcmi günbəgün artır. Qlobal və regional məsələlərdə sıx məsləhətləşmələri davam etdiririk. Gündəmimizin əsas maddəsi yenə Qəzza oldu. İki aydır Qəzzaya humanitar yardım getmir. Filistin tərəfi hərtərəfli atəşkəsə hazır olduğunu bildirib. Bu mərhələdə İsrailin barışa məcbur edilməsi şərtdir. Biz dəstəyimizi davam etdirəcəyik."
Fidan həmçinin vurğulayıb ki, bölgədə davamlı sülhün təmin olunması üçün iki dövlətli həll vacibdir və bu istiqamətdə səylərini davam etdirəcəklər.
"Qətərlə sıx dialoqu davam etdirəcəyik"
Nazir görüşlərdə Suriya məsələsinin də müzakirə edildiyini deyib:
"Suriya xalqının acılarını azaltmaq üçün birlikdə çalışırıq. Suriya ilə bağlı Türkiyə və Qətər sanksiyaların ləğvi üçün cəhdlər edir. Suriya torpaq bütövlüyünə dəstəyimizi bir daha təkrarladıq."
Fidan bildirib ki, Suriyanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan hər hansı təşəbbüsü qəbul etmirlər və Suriya Anayasının bütün inanc qruplarına bərabər şərait yaratmasını istədiklərini vurğulayıb.
"İsrailə təzyiq vacibdir"
Hakan Fidan İsrail-Filistin məsələsinə də toxunaraq qeyd edib:
"İki dövlətli həllə əsaslanan bir razılaşma masada olarsa, Həmasın bunu daha asan qəbul edəcəyi gözlənilir. ABŞ və digər aktorların səyləri vacibdir. İsrailə təzyiq edilməlidir ki, bölgədə qalıcı sülh üçün şərait yaransın."
Natiq Səlim
KONKRET.az

Siyasi       Tarix: 27 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

Prezidentin Endi Börnhemlə də görüşü gözlənilir - Yenilənəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə toplantısında iştirak etmək üçün İrlandiyanın paytaxtı Dublinə səfər edib. -ın məlumatına görə, yaxın saatlarda Preziden

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə

Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub

Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyas

Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq

Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsind

İlham Əliyev 'Avropa Siyasi Birliyi'nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantıla

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində 14 nəfərin ölümü, onlarla insanın yaralanması ilə nəticələnən ağır yol qəzası ilə bağlı başsağlığı verib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X"

XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb

Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə medianın sualına cavab olaraq bildirib. O qeyd edib ki, noyabrın 12-d

Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem ilə görüşüb. xəbər verir ki, əvvəlcə "Azərbaycan Respublikas

Paşinyan Türkiyədən sonra bu ölkəyə gedir

Ermənistanın Baş naziri Nikol Paşinyan 12-13 noyabr tarixlərində İrlandiya Respublikasında işgüzar səfərdə olacaq. xəbər verir ki, bunu erməni Baş nazirin mətbuat katibi Melaniya Harutyunyan deyib. Paşinyan Dublində 9-c


son xeberler yeni xeberler azerbaycan xeberleri dunyada son xeberler havanın temperaturu xeber.az xabar az