"Hazırda məlumatları toplayırıq" – Namizədlər seçki prosesindən razı qalıbmı?

Məlum olduğu kimi, dünən Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. 125 deputat mandatı uğrunda 990 nəfər namizəd və 25 siyasi partiya mübarizə aparıb. İlkin nəticələrə görə, artıq dairələr üzrə qaliblərin adları da açıqlanıb.
Namizədlər səsvermə prosesindən razı qalıblarmı?
KONKRET.az tanınmış deputatlığa namizədlərdən bir neçəsinin fikirlərini öyrənib.
10 saylı Binəqədi III Seçki Dairəsindən namizədliyini irəli sürmüş və ilkin nəticələrə görə deputat adını qazanmış Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev prosesin şəffaf keçdiyini deyib:
"Təşviqat prosesimizi seçki kampaniyasının tələblərinə uyğun apardıq. Vətəndaşlar arasında sorğu keçirilsə, bunu onlar da təsdiq edərlər. Səsvermənin nəticələri də bunu göstərdi. Seçkilər yüksək səviyyədə baş tutdu. Heç bir kənar müdaxilə olmadı. Əhali mütəşəkkil səviyyədə səsverməyə gəldi. Hər birinə təşəkkür edirəm. Nəticədə BAP parlament partiyası oldu".
33 saylı Xətai I Seçki Dairəsindən namizədliyi REAL partiyası tərəfindən irəli sürülmüş Natiq Cəfərli seçici fəallığının aşağı olduğunu deyib:
"Seçki prosesində ən yadda qalan məqam iştirakçılığın aşağı olması idi. Hökumət inzibati resurslardan həddindən çox istifadə etdi. Reallığa qaldıqda isə əhalinin çox cüzi hissəsi səsverməyə gəlmişdi. Bu, hökumətin, müxalifətin, vətəndaş cəmiyyətinin günahıdır. Bundan hər kəs siyasi dərs çıxarmalıdır. Bu gələcək üçün müsbət nəsə vəd etmir. Nəticələrə gəldikdə isə müəyyən məntəqələrdə bizə qarşı problemlər yaradıldı. Hazırda məlumatları toplayırıq. Ümumilikdə seçkilərin hüquqi nəticələrini tanıyırıq".
122 saylı Xankəndi Seçki Dairəsindən deputat seçilən müstəqil namizəd Tural Gəncəliyev qeydə alınan nəticələrdən qürur duyduğunu bildirib:
"Mənim üçün seçkilərdə iştirak və qalib gəlmək qürurverici oldu. Allah ölkəmizin ali rəhbərliyini qorusun, şəhidlərimizin ruhunu şad etsin. Seçki olduqca yaxşı keçdi. Bundan sonra Xankəndi sakinlərinin bütün problemlərini hər zaman olduğu kimi müvafiq qurumların qarşısında qaldıracağıq. Qürurluyuq, yeni dövrün tələblərinə cavab verən deputat olmağa çalışacam".
19 saylı Nərimanov I Seçki Dairəsindən deputat seçilən Yeni Azərbaycan Partiyasının üzvü Hikmət Məmmədov (Babaoğlu) isə qarşılarında mühüm vəzifələrin olduğunu açıqlayıb:
"Dünənki seçkilər Azərbaycan demokratiya tarixində yeni səhifə açdı. Çünki seçicilər ilk dəfə işğaldan azad olunmuş ərazilərdə öz deputatlarını seçirdilər. Bu olduqca mühüm hadisədir. Həmçinin vurğulamaq lazımdır ki, ölkəmizdə qeydiyyatda olan 26 partiyadan 25-i seçkilərdə iştirak edib. 11 partiya isə parlamentdə yer qazanıb. Bu, bir daha Azərbaycan demokratiyasının göstəricisidir. Bizim qarşımızda vacib vəzifələr var. Şühbəsiz ki, Milli Məclisin əsas funksiyası qanun qəbul etməkdir. Azərbaycanda siyasi və iqtisadi reallıqlar yaranıb. Buna uyğun da yeni qanunlar qəbul olunacaq. Parlament diplomatiyası milli xarici siyasətimizin əsas kompanentlərindən biri kimi çıxış edir. Əminəm ki, bu sferada yaxşı işlər görə biləcəyik".
Deputatlığa namizəd, müstəqil jurnalist Fuad Abbasov isə nəticələrin saxtalaşdırıldığını iddia edib:
"Dünənki seçkilər əvvəlkindən fərqlənmədi. Hər şey olduğu kimi davam edir. Hər yola əl atdılar, saxtakarlığa, "karusellər"ə şərait yaratdılar. Vətənimizə, millətimizə xeyirli olsun. Təəssüflər olsun ki, seçiləcək deputatların bir müddət öncə xarici mediada dərc olunmuş siyahısı öz təsdiqini tapdı. Bu, sadəcə biabırçılıqdır. Heç olmasa, 125 dairədən 25-də normal seçki olsaydı, növbəti seçkilərlə bağlı az da olsa inam yaranardı".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 02 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Putin: Bu, müharibənin davam etməsi deməkdir

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın xüsusi elçiləri Stiv Uitkov və Cared Kuşnerlə görüşdə xarici hərbi kontingentlərin Ukrayna ərazisinə yerləşdirilməsinin müharibənin davam etməsi demək olduğunu bildirib. RIA Novosti-y

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır

Çin Özbəkistan və Qazaxıstanla həftəlik aviareyslərin sayına qoyulan məhdudiyyətləri artırmağa razılıq verib. Eyni zamanda, Mərkəzi Asiyanın iki qonşu ölkəsi arasında imzalanan ayrıca razılaşma Daşkənd, Almatı və Astana istiqamətlərind

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İrlandiyaya işgüzar səfəri noyabrın 13-də başa çatıb. KONKRET.azAZƏRTAC-a istinadən bildirir ki, Dublin Beynəlxalq Aeroportunda Prezident İlham Əliyevi və birinci xanı

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Erməni deputat: "Paşinyan da İlham Əliyev kimi paytaxtımıza "İrəvan" deyir"

Ermənistanın "Güclü Ermənistan" fraksiyasından olan deputat Edqar Qazaryan baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edib. xəbər verir ki, bu barədə "Hraparak" nəşri yazıb. "Banan səyyahı"

Prezident: Paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyirik

Azərbaycan Fələstin məsələsinə münasibətdə hər zaman həmrəylik nümayiş etdirərək bu problemin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlə

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində noyabrın 11-d


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun oxu.az xeberler cəbhədən video xabar az