Hazırlığa getmədən 300 bal topladı - Fotolar

Hazırlığa getmədən 300 bal topladı - FotolarXəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə aprelin 12-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb və 8 nəfər maksimum nəticə göstərib.
azxeber.com xəbər verir ki, həmin şagirdlərdən bəziləri sevincini "Qafqazinfo" ilə bölüşüb.
Hazırlığa getmədən 300 bal topladı - FotolarBakı şəhəri, Akademik Z.Əliyeva adına liseyin şagirdi Ramal Adıgözəlli bildirib ki, o imtahana məsuliyyətlə hazırlaşıb.
"Əlbəttə İmtahan asan deyildi. Lakin zəhmətim nəticəsində yüksək nailiyyət əldə etdim. Hər şagird özündə bu gücü tapsa, bunun öhdəsindən gələ bilər. Əvvəlki uğurlarımı və əziyyətimi nəzərə alaraq yüksək nəticə gözləyirdim. Mənə görə, ilk uğurum BDU-nin nəzdində "Gənc İstedadlar Liseyinə" qəbul olmağım və universitet tərəfindən fəxri fərmanla təltif edilməyim idi. Mən həm də  Akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul imtahanında maksimum nəticə göstərərək ilk yeri qazanmışdım. Bundan əlavə riyaziyyat üzrə müxtəlif Beynəlxalq olimpiadalarda qızıl və gümüş medallara layiq görülmüşəm. Gələcək planım hüquq sahəsində uğurlu mütəxəssis olmaqdır", - deyə Ramal əlavə edib.
Hazırlığa getmədən 300 bal topladı - FotolarBakı şəhəri, Akademik Z.Əliyeva adına lisey digər yüksəknəticəli şagirdi Denis Tişakov da yüksək nəticənin sirrini imtahanlara ciddi və məsuliyyətlə hazırlaşmaqda görür.
"Müəllimlərimin böyük dəstəyi, onların verdiyi bilik və motivasiya sayəsində özümü imtahana tam hazır hiss edirdim. Mövzuları müntəzəm şəkildə təkrar edir, hər bir fənn üzrə biliklərimi daha da möhkəmləndirməyə çalışırdım. İmtahan mənim üçün çox çətin olmadı, çünki hazırlıq prosesində bütün mövzular üzərində diqqətlə çalışmışdım. Qarşıma məqsəd olaraq yüksək nəticə qoymuşdum və bu nəticəni əldə edəcəyimə inanırdım. Buna görə də 300 bal toplamağı həm gözləyir, həm də buna ümid edirdim. Bu il informatika üzrə Respublika Fənn Olimpiadasında üçüncü yer tutaraq bürünc medal qazanmışam. Bu nailiyyət mənim üçün böyük sevinc və motivasiya mənbəyi oldu. Gələcəkdə əsas məqsədim informatika və proqramlaşdırma sahəsində bilik və bacarıqlarımı daha da inkişaf etdirməkdir. Növbəti Respublika Fənn Olimpiadasında qızıl medal qazanmaq və 11-ci sinif buraxılış imtahanında yüksək nəticə əldə etmək üçün əzmlə çalışıram", - deyə o vurğulayıb.
Bakı şəhəri, Fizika,riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Aydan Gülalıyeva isə sevincini belə ifadə edib:
Hazırlığa getmədən 300 bal topladı - Fotolar"İmtahana özümün günlük hazırladığım planlar əsasında hazırlaşırdım. İmtahan mənə görə çətin deyildi, sadəcə diqqət tələb edən suallar var idi. Özümdən bu nəticəni gözləyirdim, çünki özümə güvənirdim. Gələcəkdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyirəm".
Hazırlığa getmədən 300 bal topladı - FotolarBakı şəhəri Akademik Zərifə Əliyeva adına liseyin şagirdi Elmir Ağamalı isə məktəbdə həmişə əlaçı olduğunu vurğulayıb:
"Bütün fənləri eyni səviyyədə oxuyuram və həmişə əlaçı olmuşam. Liseyə qəbul olduqdan sonra dərslərimə daha böyük həvəslə yanaşmağa başladım. Mən Respublika Fənn Olimpiadalarının (RFO) finalçısı, eyni zamanda SAMSO beynəlxalq riyaziyyat olimpiadasının gümüş medalçısıyam".

Sosial       Tarix: 09 may 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var

Bakı–Şamaxı avtomobil yolunun Qobustandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Ilkin məlumata əsasən, "Audi" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini

Bakıda 21 yaşlı kişi bıçaqlandı

Bakıda 21 yaşlı kişi bıçaqlanıb. Hadisə paytaxtın Nizami rayonunda baş verib. Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Amil Qoşqar oğlu Eyvazov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə ba

Yavər Şıxəliyev vəfat etdi

Tibb elmləri doktoru, professor, 1 saylı ixtisaslaşdırılmış poliklinikanın baş həkimi Yavər Şıxəliyev vəfat edib. xəbər verir ki, bu barədə Ağciyər Xəstəlikləri Mərkəzi məlumat yayıb. Qeyd edək ki, Y.Şıxəliyev 1973-cü ild

Bakıda iki avtomobil toqquşdu: Piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Əkbər Akif oğlu Novruzovun idarə etdiyi avtomobil ilə Xətai rayonu, Gəncə prospektində Emil Amil oğlu İsgəndərovun sükanı arxasında olduğu minik avtomobili toqquşub

Bıçaqlanma olan xəstəxanaya baş həkim təyin edildi

Abşeron Rayon Mərkəzi Xəstəxanasında yeni təyinat olub. "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov Əmr imzalayıb. Əmrə əsasən, Rafiq Nağıyev Abşeron Rayon Mərkəzi Xəstəxanasını

Bakıda kollecdə kütləvi dava: Tələbə komaya düşdü

Azərbaycan Dövlət Pedaqoji Kollecində dava olub. Hadisə kollecin həyətində baş verib. Təhsil müəssisəsinin tələbəsi Mirkamil Mirislamov (soyad şərtidir - red.) qrup yoldaşı Elvinlə zarafat edib. Zarafat Elvinin xoşuna gəlməyi

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Gənc Müəllimlər Assosiasiyasından məktəblərdə vahid forma ilə bağlı - Bəyanat

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) məktəblərdə geyim qaydalarının tətbiqinə təhsilin keyfiyyəti, pedaqoji etika və sağlam təhsil mühitinin formalaşdırılması baxımından yanaşılmasının vacibliyini vurğulayır. xəbə


yeni xeberler son xeberler azerbaycan xeberleri metbuat son.xeber dunyada son xeberler hava