Həbib Nurməhəmmədov MMA-dan getdi
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (Qarışıq Döyüş Növləri) gedib.
KONKRET.az xəbər verir ki, bu barədə "TASS"a Nurməhəmmədova yaxın üç mənbə məlumat verib.
"Həbib MMA sənayesini tərk edib. O, artıq məşq keçməyəcək, təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq. Bu, ailəsi ilə daha çox vaxt keçirmək üçün edilir", – mənbə bildirib.
Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb. Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.
Final döyüşündə H. Nurməhəmmədov ikinci raundda amerikalı Castin Getjini boğaraq məğlub edib və döyüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb. O, qərarını anasına verdiyi sözlə izah edib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artistinin nəvəsi dünyaya gəldi - FOTO
Məşhur müğənni ana oldu - FOTO
Serenay Sarıkaya sərbəst buraxıldı
Baba olan xalq artisti: "Arzum odur ki, mənim yolumu davam etdirsin
Bu qurumlarda Maliyyə Nazirliyinin nümayəndəsi təmsil olunacaq
Avstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
Ceyhun Bayramov İshaq Darla görüşdü
AccessBank qeyri-iş günündə müştərilərinə xidmət göstərəcək
Qarabağ' 8 min manat cərimə olundu
Bank of Baku-dan şəhid və qazi övladları üçün "RoboKəşf" təşəbbüsü – təlim və ekskursiya - FOTOLAR
Komfortlu səyahət üçün AZAL-dan baqajla bağlı faydalı məsləhətlər
Azərbaycanda istehsal olunan mallar Ermənistana ixrac olundu
"Qarabağ" yüksək məbləğdə cərimələndi
"Milan"ın hücumçusu antirekorda imza atdı