Həbsdəki qonşusuna siqaretin içində narkotik keçirmək istədi
Bakıda həbsdə olan qonşusuna narkotik vasitə keçirmək istəyən şəxs saxlanılıb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən Open.az-a verilən məlumata görə, Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək həbs edilən Nəbiyev Əli Maxsud oğlu ilə qısamüddətli görüşə gəlmiş qonşusu Yevlax rayon sakini Hacıyev Ələddin Sələddin oğlu tərəfindən gətirilmiş sovqata və üzərinə baxış keçirilən zaman əynindəki gödəkçənin cibində olan siqaret qutusunun içərisində gizlədilmiş 3 ədəd bükülüdə 1,227 qram narkotik maddə - marixuana və 10 ədəd siqaret filtirində xüsusi üsulla gizlədilən toz halında 2 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır. /open.az

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bakıda qadına qarşı cinsi zorakılıq edən şəxsin FOTOSU
Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı
İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili
Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO
Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mədəniyyətlərarası dialoq: Azərbaycanın dünyaya təqdim etdiyi həmrəylik və əməkdaşlıq modeli
Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb