Həkim səhvinə görə kompensasiya almaq mümkündür?

Həkim səhvinə görə kompensasiya almaq mümkündür?Tibbi xidmətlərin göstərilməsi zamanı yol verilən yanlışlıqlar, səhv diaqnozlar və ya qeyri-peşəkar müdaxilələr nəticəsində vətəndaşların sağlamlığına zərər dəyməsi halları hüquqi müstəvidə ciddi şəkildə araşdırılan mövzulardandır. Pasiyentlərin səhiyyə müəssisələrinə və ya birbaşa tibb personalına qarşı hüquqi mübarizə aparması kifayət qədər mürəkkəb, həmçinin uzunmüddətli prosedurlar zəncirini əhatə edir. Bu cür mübahisələrdə ən kritik məqam həkim səhvi ilə yaranan fəsad arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcudluğunu tam subut etməkdir. Bu proses isə müalicə tariçəsi, analiz nəticələri, rentgen və digər tibbi sənədlərin ekspertlər tərəfindən dərindən araşdırılmasını, xüsusi rəylərin alınmasını zəruri edir. Çünki hüquqi baxımdan əsaslı sübutlar olmadan qarşı tərəfin məsuliyyətini müəyyən etmək qeyri-mümkündür.
Ekspertlər bu növ iddiaların həm mülki, həm də cinayət qanunvericiliyi çərçivəsində tənzimlənə biləcəyini vurğulayırlar. Vətəndaşlar qanunla qorunan hüquqlarını bərpa etmək üçün aidiyyəti dövlət qurumlarına və məhkəmə orqanlarına müraciət etmək imkanına malikdirlər. Bu zaman çəkilən bütün maddi xərclərin, o cümlədən yenidən müalicə xərclərinin və dəyən mənəvi ziyanın kompensasiya edilməsi tələb oluna bilər.
Mövzu ilə bağlı vəkil Əkrəm Həsənov Demokrat.az-a bildirib ki, bu halda vətəndaş məhkəməyə müraciət edərək iddia qaldıra və ona vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edə bilər
"Bu, mövcud hüquqi yollarından biridir. Əgər hadisə ilə bağlı cinayət tərkibi mövcuddursa, həmin şəxs cinayət məsuliyyətinə də cəlb oluna bilər. Bu, ayrıca hüquqi prosedurdur və mülki iddiadan fərqlidir. Lakin cinayət işi paralel aparılsa belə, zərərçəkmiş şəxs ona vurulan zərərin əvəzini mülki qaydada məhkəmədən əlavə olaraq tələb etmək hüququna malikdir. Yəni bir tərəfdən cinayət məsuliyyəti məsələsi araşdırılır, digər tərəfdən isə maddi və mənəvi zərərin ödənilməsi üçün ayrıca iddia qaldırıla bilər. Bu iki mexanizm bir-birini istisna etmir, əksinə paralel şəkildə tətbiq oluna bilər",- deyə o qeyd edib.
Beləliklə, həkim səhvi ucbatından zərər çəkmisinizsə, həm pulunuzu və mənəvi ziyanınızı tələb etmək üçün məhkəməyə müraciət edə bilərsiniz, həm də əgər ciddi cinayət tərkibi varsa, həmin həkimin cəzalandırılması üçün prokurorluğa şikayət edə bilərsiniz, hər iki yolu eyni vaxtda addımlamaq mümkündür. / azxeber.com

Sosial       Tarix: 09 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Pensiyaya çıxdıqdan sonra işləyənlərlə bağlı qərar – 6 il sonra

Azərbaycanda pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslərin pensiyalarının yenidən hesablanması ilə bağlı yayılan xəbərlər maraqla qarşılanıb. Əmək fəaliyyətini davam etdirən pensiyaçılar işlədikləri müddətd

"Bu cür ciddiyyətdən uzaq çıxışlar türk siyasətçisinə yaraşmır" - Erbakana sərt cavab

Dialoq və İnkişaf Naminə İctimai Birliyinin sədri Çingiz Bayramov Türkiyənin "Yeniden Refah" partiyasının sədri Fatih Erbakanın Azərbaycan haqda əssasız fikirlərinə cavab verib. xəbər verir ki, Çingiz Bayramov cavabınd

Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, avtomatik stansiyalardan əldə edilən məlumata görə, hazırda havada tozun miqdar

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Qızıl almağa tələsməyin – Diqqətçəkən proqnoz

Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, ABŞ dollarının məzənnəsi və geosiyasi proseslər qızıl bazarına təsir göstərən əsas amillər olaraq qalır. Son aylarda investorlar arasında qiymətli metalın yenidən bahalaşacağ

"Ədalətsizliyə göz yuman sistem uzunmüddətli sabitlik yarada bilməz" – Deputat

"Azərbaycan həm haqqını müdafiə edən, həm də dialoqa açıq olan ölkə kimi regionda sülh və əməkdaşlığın təminatçısı rolunu davam etdirir". Bu sözləri -a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

"Şəkinin memarlığı və mətbəxi turistlərin diqqətini cəlb edir" - Murad Ağabəyli

"Şəkinin memarlığı və mətbəxi turistlərin ən çox maraq göstərdiyi istiqamətlərdəndir". xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətini


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026