Həmin görüşdən sonra özünü yandırıb...' - Elvinin qardaşı yeni faktlar açıqladı

Həmin görüşdən sonra özünü yandırıb...' - Elvinin qardaşı yeni faktlar açıqladı"Qardaşımın ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Başımız yasa qarışdığı üçün bunu hələ tapa bilməmişəm. Həmin görüşdən sonra deyib, dizimi yerə ata, qolumu sındıra bilərlər, amma başımı aşağı əyə bilməzlər. O cümlənin altında çox sözlər var. Mənə də maraqlıdır ki, nə məsələdir?"
azxeber.com xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında intihar edən qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov deyib.
O, qardaşının intiharından əvvəl yayılan videosundakı sözlərinin arxasında ciddi məqamların olduğunu bildirib:
"Maraqlıdır ki, qardaşım nəyə əsasən videoda elə sözlər deyir. Hər halda araşdırma aparılır. Qardaşım nə dəli idi, nə də onun psixoloji problemi var idi. İcra başçısı deyir ki, onun psixoloji problemi olub. Xeyr, elə bir şey yoxdur. Hər kəsin müharibədə iştirak etmək üçün psixoloji gücü olmur. Amma qardaşım müharibədə döyüşüb və evə qayıdıb. Son vaxtlar səhhəti ilə bağlı ciddi bir şikayəti yox idi, amma ağrıları qalmışdı. Ağrılarının olması onun psixoloji probleminin olduğu anlamına gəlmir. Qardaşım Maştağadakı xəstəxanada yatmışdı və ondan sonra pensiyaya çıxmışdı. Ona əsasən də dərmanlar atır və müalicə alırdı".
E.Cəfərov qardaşının ölümündə pərdəarxası məqamların olduğunu dilə gətirib:
"Qardaşım ayın 9-da kiminlə görüşdüyü məlum deyil. Ölümündən əvvəl dedi ki, əlimi-qolumu sındırdılar. O cümlənin altında çox sözlər var. Maddiyyat, dolanışıq məsələsinə qalsa, müharibəyə getməzdən əvvəl nə ilə dolanırdı? Şükür Allaha, çörəyimiz də, suyumuz da var. Özü pensiya alırdı, mən də kömək edirdim. Dövlətdən də heç bir incikliyi olmayıb. Bir müddət əvvəl "TikTok"da video paylaşmışdı. Orda deyirdi ki, müharibə başlasa, yenidən xidmətə yollanaram. Deyirdi ki, 19-20 yaşında olanları çağırmayın, bizi çağırın gedək. Mən Avropa, Dünya çempionuyam. Biz Vətənimizə, dövlətimizə, Prezidentimizə, millətimizə, bayrağımıza sadiq insanlarıq. Sadəcə ayın 9-da görünür, çox şey olub. Qardaşım evdə asılan təqvimdə ayın 9-10-nu qaralayıb. Deməli, qardaşım 9-u kiminləsə görüşüb, məsələ olub və ayın 10-u gedib bunu edib. Burada müəmma var. O həmişə məni eşidirdi. Yalnız mənim sözümə qulaq asırdı. Əgər kimsə qardaşımın yanında məni yığıb desəydi ki, telefonda qardaşın səni gözləyir, o, özünə heç nə etməzdi. Təəssüf ki, mənə zəng etməyiblər".
E.Cəfərov bildirib ki, intihardan əvvəl çəkilən videonu qardaşının qazi dostları çəkib

Sosial       Tarix: 14 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xeberler beynelxalq bank mezenne xəbər az xəbər.az