Həndbolçularımız böyük hesabla UDUZDU
Bakı İdman Sarayında 17 yaşadək həndbolçu qızların Avropa çempionatı davam edir.
KONKRET.az xəbər verir ki, ikinci oyun günündə daha 4 qarşılaşma keçirilib.
Günün ilk matçı "A" qrupunda Bosniya və Herseqovina ilə Litva yığmaları arasında olub. Gərgin mübarizə şəraitində keçən görüş litvalıların 40:37 hesablı qələbəsi ilə yekunlaşıb.
Ardınca meydançaya "B" qrupunda qərarlaşan İspaniya və Yunanıstan kollektivləri çıxıblar. Rəqibi əksər göstəricilərdə üstələyən İspaniya seçməsi asanlıqla qalib gəlib – 33:11.
Bu qrupun İsrail – Farer adaları görüşündə "cırtdanlar"ın qələbəsinə inananlar yanılmayıblar. Daha inamlı oyun nümayiş etdirən Farer adaları rəqibini 38:22 hesabı ilə məğlub edib.
Günün son matçında isə Sloveniya komandası Azərbaycan millisinə 58:6 hesabı ilə qalib gəlib.
Sabah Avropa çempionatda daha 4 qarşılaşma baş tutacaq. "A" qrupunda Azərbaycan Bosniya və Herseqovina ilə, Litva Gürcüstanla üz-üzə gələcək. "B" qrupunda isə Yunanıstan – İsrail və İspaniya – Lüksemburq görüşləri keçiriləcək.
Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi