"Həyat yoldaşım 25 ildir eyni yeməyi yeyir" - Ulduz futbolçu Devid Bekhem

İngiltərəli futbolçu Devid Bekhem həyat yoldaşı -­ müğənni, aktrisa Viktoriyanın 25 ildir qida rasionunu dəyişmədiyini deyib.
KONKRET.az xəbər verir ki, bu barədə o, "River Cafe Table 4" podkastında danışıb.
Devid həyat yoldaşının onun yeni hobbisini dəstəkləmədiyini bildirib. Belə ki, futbolçu kulinariya ilə hədsiz maraqlanır və tez-tez öz yeməklərinin reseptlərini pərəstişkarları ilə bölüşür, lakin həyat yoldaşı onun təamlarının dadına baxmağa tələsmir.
"Yeməyə çox emosional yanaşıram. Əgər yeni nəyinsə dadına baxıramsa, istəyirəm ki, bunu mənimlə başqa biri də dadsın. Amma, təəssüflər olsun ki, mən son 25 ildə eyni yeməyi yeyən Viktoriya ilə evliyəm. O ancaq qrildə bişmiş balıq və buxarda bişmiş tərəvəz yeyir və, demək olar, heç vaxt rasionunu dəyişmir".
Devid xatırlayıb ki, Viktoriya sonuncu dəfə onun boşqabından yeməyin dadına hamilə olarkən baxıb: "Mən bu təəccüblü anı yadda saxladım, çünki o vaxt buna bənzər heç nə baş verməyib".
Qeyd edək ki, cütlüyün üç oğlu və bir qızı var. Onların böyük oğlu Bruklin atası kimi yemək bişirməyi çox sevir və "Cookin With Brooklyn" adlı kulinariya şousunu yaradıb.

İdman       Tarix: 03 fevral 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kilian Mbappenin anası korrupsiya işi üzrə dindirildi

"Real Madrid" klubunun fransalı hücumçusu Kilian Mbappenin anası və eyni zamanda meneceri olan Fayza Lamari rüşvətvermə şübhəsi ilə Fransa polisi tərəfindən dindirilib. bu barədə "L"Équipe" nəşrin

Qazancına görə bütün futbolçuları geridə qoydu

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 2 milyard dollardan çox qazanan ilk aktiv idmançıdır. xəbər verir ki, hesablamaya vergilər və agent haqları xaric olmaqla maaşlar, bonuslar, reklamlar və biznes gəlirləri daxildir

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr

"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, ikinci oyun günündə daha iki matç keçiriləcək. Əvvəlcə "Qəbələ" öz meydanında "Sabah"ı qəbul edəcək. Bölgə təmsilçisi hazırda 4 xalla 10-cu

Avropa Liqası: Bu gün 15 oyun var

Bu gün UEFA Avropa Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində növbəti oyunlar baş tutacaq. xəbər verir ki, turun bütün qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlayacaq. UEFA Avropa Liqası

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

"Sabah" "Qarabağ"ı qəbul edir: heyətləri açıqlandı

Misli Premyer Liqasının 9-cu turunda bu gün keçiriləcək "Sabah" – "Qarabağ" matçı üçün heyətlər açıqlanıb. xəbər verir ki, komandalar saat 18:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:. "Sabah"


son xeberler azerbaycan xeberleri yeni xeberler ən son xəbərlər bugün en yeni xeberler xeberlər cəbhədən yeni xəbərlər