Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub
Ulu öndər Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub.
azxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən həyata keçirilib.
Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3 751 metr hündürlüyündə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Yürüşdə Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi və Ekologiya, Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və Azərbaycan Alpinizm Federasiyasının üzvləri iştirak ediblər.
Yürüşün əsas məqsədi ulu öndərin əziz xatirəsinin yad edilməsi, dağçılıq idmanının inkişafına töhfə verilməsi və sağlam həyat tərzinin təbliğidir. Tədbir iştirakçıları zirvədə Azərbaycan bayrağını dalğalandıraraq Heydər Əliyevin xatirəsini ehtiramla anıblar.








Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq