Heykəl adam' 'Tarqovı'da ona sillə vuran şəxsi bağışladı: Olur belə şeylər - VİDEOMÜSAHİBƏ

Heykəl adam' 'Tarqovı'da ona sillə vuran şəxsi bağışladı: Olur belə şeylər - VİDEOMÜSAHİBƏazxeber.com-un müsahibi paytaxtın Nizami küçəsində insanları canlı heykəl kimi təəccübləndirən, mimikaları və ani jestləri ilə ətrafdakılara təbəssüm və təəccüb bəxş edən Pərviz Fəxrəddindir.

- Salam Pərviz bəy, əvvəlcə özünüzü oxucularımıza təqdim edin.
- Adım Pərvizdir. 30 yaşım var. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirmişəm. Hazırda aktyor və ssenarist kimi fəaliyyət göstərirəm.
- Niyə məhz "Canlı heykəl"? Bu obrazı yaratmaq fikri sizdə necə formalaşdı?
- Əslində bu işi ilk dəfə Türkiyədə həyata keçirmişdim. Sonra düşündüm ki, bizim ölkədə niyə olmasın? Küçə sənəti Azərbaycanda da var. Amma hələ inkşaf etməkdədir. Təəssüf ki, "Canlı heykəl" yox idi. Düşündüm ki, bizdə də olsun. Daha öncədən ağlımda bunun haqqında fikir var idi. Amma bu fikir küçədə nümayiş etdirmək yox, ssenari yazıb, film çəkməklə bağlı idi. Hazırda ssenari üstündə işləyirəm. Ölkəyə qayıdandan sonra düşündüm ki, "Canlı heykəl"i küçədə nümayiş etdirə bilərəm. Daha sonra müəyyən dövlət qurumlarımıza müraciət etdim. Sonra məlum oldu ki, Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinin küçə sənətçiləri ilə bağlı layihəsi var imiş. Müraciətimi təsdiq etdilər. Mən kostyum hazırlamağa başladım. Beləcə "Canlı heykəl"i küçəyə çıxartdım.
- "Canlı heykəl" obrazını yaratmaq üçün nədən istifadə edirsiniz?
- Əslində kostyum hazır kostyumdur. Əllərimə və üzümə isə qızılı və qara qrimdən istifadə edirəm. İkisidə professional teatr qrimidir.
- İnsanların "Canlı heykəl"ə münasibəti necədir?
- Əslində xalqı ümumi şəkildə deyə bilmərəm. Sadəcə məni izləyənlərdən belə nəticəyə gəlmişəm ki, müəyyən bir kütlə bu yeniliyə hazır deyil.
- Bir müddət öncə "Tarqovı"da bir kişi sizə sillə vurmuşdu, siz də polisə şikayət etmişdiniz. Məsələnin sonu necə oldu?
- Sənətim küçə ilə bağlı olduğu üçün bir az barmaqarası yanaşıla bilər. Amma küçə sənəti teatrın bir qoludur. Bu işi icra edərkən küçədə hansısa tərbiyəsizliklə və yaxud xoş münasibətlə qarşılaşmaq normal haldır. Sillənin vurulması isə topluma bir mesaj idi deyə düşünürəm. Öncəliklə yaşlı birinin bunu etməsi yolaverilməz idi. Təbii ki, mən sonra polisə müraciət etdim. Əməkdaşlar sağ olsunlar, həll etdilər. Amma mən daha çox bu mövzunun üstünə getməyi özümə sığışdırmadım, məsələnin uzanmasını istəmədim və qapadım. 
- Gün ərzində bu işdən nə qədər gəlir əldə edirsiniz?
- Mövzunun maddi tərəfini açıqlamayacam. Dəfələrlə gəlirim barədə məndən soruşublar. Əslində gəlirim tam olaraq ordan deyil. Hesab edirəm ki, sevdiyin işi yerinə yetirib ondan az-çox pul qazanmaq yaxşı haldır.
- İncəsənətdən əlavə məşğuliyyətiniz var mı?
- Tək işim incəsənətdir. Qardaşım Əflatun Abdullayev və Elvina Ələkbərova də aktyordurlar. Hazırda Vyanada yaşayıb, orada fəaliyyət göstərirlər. Bizim "Yuva kollektivi" adında ortaq film layihəmiz var. Təxminən 2,3 il əvvəl "Əbədi İlemma" adında bir ssenari yazmışdıq. Bu layihəmiz son 3 ay ərzində ən az 6,7 festivalda qalib oldu.
- Bildiyimizə görə, atanız da incəsənətlə məşğuldur. Bu yolu seçməkdə atanızın rolu var mı?
- Çox güman ki, atamın rolu var. Amma atam əslində incəsənət adamı deyil. Həmçinin orta təhsillidir. Sadəcə olaraq incəsənət ruhlu insandır. Gitarada da çox yaxşı ifa etməyi bacarır. Anam isə baxça müəlliməsidir. Xalçaçılıqla da məşğul olub. Atamla ailə həyatı qurandan sonra peşəsini davam etdirməyib.
- Sizcə ölkəmizdə incəsənətə kifayət qədər maraq var mı?
- İncəsənətə kifayət qədər maraq göstərilir. Sadəcə belə bir şey deyə bilərəm ki, film sahəmiz müəyyən qədər inkşaf etsə də, hələ tam formalaşmayıb. Düzdür mükafata layiq görülən filmlərimiz var. Amma tam inkşafı üçün müəyyən qədər zaman lazımdır. Film sahəsində müəyyən bir era dəyişməlidir deyə düşünürəm.
- Son olaraq nə əlavə etmək istərdiniz?
- Çox vaxt insanlar düşünürlər ki, hər şeyi silib yenidən başlaya biləcəyimiz potensiala sahibik. Amma heç də elə deyil. Stella Handlerin bir sözü var. Deyir ki "Yeni doğulan körpə belə həyata sıfırdan başlamır". Gənclər özlərinə zaman ayırmalı və tək özləri üçün yox, dünya üçün müxtəlif işlər görməlidirlər.
Oksana Orucova,
Hüseyn Həsənov

Sosial       Tarix: 02 iyul 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


son xeberler azerbaycan xeberleri yeni xeberler en son xeberler kriminal xeberler xəbərlər cəbhədən son xəbərlər 2026