Hibrid və Elektromobil sürənlərə pis xəbər

Hibrid və Elektromobil sürənlərə pis xəbərMəlumdur ki, iyul ayı kifayət qədər isti keçir. Günəş altında isə hiss olunan temperatur daha da yüksək olur. Belə hava şəraitində benzin və dizel mühərrikli avtomobillər illərdir bu cür iqlim sınaqlarından uğurla çıxır. Lakin hibrid və elektromobillərdə vəziyyət bir qədər fərqlidir. Çünki bu nəqliyyat vasitələrinin batareyaları həm kəskin istiyə, həm də sərt soyuğa qarşı daha həssas hesab olunur.
Kəskin isti hava sözügedən avtomobillərə necə təsir edir?
azxeber.com xəbər verir ki, Demokrat.az-a mövzu ilə bağlı danışan avtomobil eksperti Elçin Abbasov yay aylarında temperaturun 35-45°C-yə çatdığı ölkələrdə elektrikli və hibrid avtomobillərin istismarının müəyyən xüsusiyyətlər tələb etdiyini bildirib:
"Bir çox sürücü düşünür ki, yalnız soyuq hava batareyaya mənfi təsir göstərir. Halbuki yüksək temperatur da batareyanın ömrünə, yürüş məsafəsinə və avtomobilin ümumi səmərəliliyinə əhəmiyyətli təsir göstərir. "Litium-ion" batareyalar ən yüksək səmərəliliklə təxminən 20-30°C temperatur aralığında işləyir. Temperatur bu həddi keçdikdə batareyada kimyəvi reaksiyalar sürətlənir və uzunmüddətli köhnəlmə artır.
Buna görə müasir elektrikli avtomobillər batareyanı optimal temperaturda saxlamaq üçün xüsusi istilik idarəetmə sistemi ilə təchiz edilir. Bir çox sürücü yayda batareyanın daha yaxşı işləyəcəyini düşünsə də, çox isti havalarda kondisionerin intensiv işləməsi və batareyanın soyudulması əlavə enerji sərf edir. Nəticədə elektrikli avtomobillərdə yürüş məsafəsi adətən 5-15 faiz, çox ekstremal şəraitdə isə daha çox azala bilər. Hibrid avtomobillərdə də yanacaq sərfiyyatı arta bilər, çünki kondisioner və soyutma sistemi daha çox enerji tələb edir.
Yüksək temperatur "litium-ion" batareyaların təbii köhnəlməsini sürətləndirən əsas amillərdən biridir. Xüsusilə avtomobil günəş altında uzun müddət park edilərsə, batareya 100 faiz dolu vəziyyətdə saatlarla yüksək temperaturda qalarsa və tez-tez sürətli (DC) şarjdan istifadə olunarsa, batareyanın tutumu zamanla daha sürətli azalır. Elmi tədqiqatlar göstərir ki, isti iqlimlərdə batareya köhnəlməsi mülayim iqlimlə müqayisədə daha yüksək ola bilər.
Ekspert qeyd edib ki, "Tesla", "BYD", "Li Auto", "Zeekr", "Hyundai", "Kia" və digər müasir istehsalçılar batareyanın temperaturunu avtomatik idarə edən maye soyutma sistemlərindən istifadə edirlər:
"Temperatur yüksələrsə, batareya soyudulur, şarj gücü müvəqqəti azaldıla bilər, yüksək güclü sürətlənmə məhdudlaşdırıla bilər və bəzi hallarda avtomobil park vəziyyətində belə soyutma sistemi işə düşə bilər. Bu tədbirlər batareyanın təhlükəsizliyini və uzunömürlülüyünü təmin etmək üçündür. Tam elektrikli avtomobillərlə müqayisədə hibridlərdə dartıcı batareya daha kiçikdir. Buna baxmayaraq, yüksək temperatur batareyanın soyudulmasına əlavə yük yaradır, kondisioner yanacaq sərfiyyatını artırır və mühərrik bölməsində istilik yüksəldiyi üçün soyutma sistemi daha intensiv işləyir. Nəticədə yay aylarında yanacaq sərfiyyatında müəyyən artım müşahidə oluna bilər.
İsti havalarda avtomobilin batareyasını qorumaq üçün avtomobili mümkün qədər kölgədə park etmək, onu uzun müddət 100 faiz doldurulmuş vəziyyətdə saxlamamaq, sürətli (DC) şarjdan yalnız ehtiyac olduqda istifadə etmək, şarjdan dərhal sonra avtomobili uzun müddət günəş altında park etməmək, imkan daxilində şarj zamanı avtomobili kölgədə saxlamaq və istehsalçının proqram yeniləmələrini vaxtında quraşdırmaq tövsiyə olunur. Çünki bu yeniləmələr istilik idarəetmə sisteminin işini daha da təkmilləşdirə bilər.
İsti hava elektrikli və hibrid avtomobillər üçün təhlükəli deyil, lakin onların iş rejiminə təsir göstərir. Müasir avtomobillər inkişaf etmiş soyutma sistemləri sayəsində batareyanı qoruyur. Bununla belə, sürücünün düzgün istismar vərdişləri kölgədə park etmə, lazımsız 100 faiz doldurmadan çəkinmə və həddindən artıq sürətli şarjdan sui-istifadə etməmə batareyanın ömrünü illərlə uzada bilər. Yüksək temperaturun təsiri əsasən yürüş məsafəsinin bir qədər azalması və batareyanın uzunmüddətli köhnəlməsinin sürətlənməsi ilə özünü göstərir.
Düzgün istifadə qaydalarına riayət edildikdə isə elektrikli və hibrid avtomobillər ən isti iqlim şəraitində belə etibarlı şəkildə xidmət göstərə bilir".

Sosial       Tarix: 31 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Ramin Cəfərov: 'Baku TV ənənəvi yayım reytinqində proqnozları üstələyib

"Baku TV ənənəvi televiziya yayımına keçdikdən sonra qısa müddətdə tamaşaçı rəğbətini qazanmağı bacarıb". xəbər verir ki, bu fikirləri "Real" TV-də yayımlanan "Media Masası" verilişində Bak

Kəmaləddin Heydərov xanımı ilə festivalı izlədi - FOTO

Xəbər verdiyimiz kimi, XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günü keçirilib. . Festivalın qonaqları arasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov da yer alıb. Nazir tədbirə həyat yoldaşı Rühəngiz Heydərov

Azərbaycanın xarici borcu azaldı

Bu il iyulun 1-nə Azərbaycanın daxili dövlət borcu 15 milyard 982 milyon ABŞ dolları təşkil edib. xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, ölkənin daxili dövlət borcu ötən ilin eyni dövr

Ağcaqanad qaşınmasını 5 dəqiqəyə azaldan üsullar

Yaz və yay gecələrində ağcaqanad qaşınması hamının kabusuna çevrilir. Mətbəxdə olan sadə vasitələrlə bu problemi dərhal həll etmək mümkündür. Aptekə qaçmağa ehtiyac qalmadan dəridəki qızartını beş dəqiqəyə aradan qaldır

Qızıl ucuzlaşdı

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,85% azalaraq 4101.2 ABŞ dollarına bərabər olub. birja məlumatlarına istinadən xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,3% azalara

Milli Yaylaq Festivalında taxta konstruksiya aşdı - TƏBİB yaralıların vəziyyətini açıqladı

Göygöl rayonunda baş verən hadisə nəticəsində 25.07.2026-cı il tarixində saat 19:20 radələrindən etibarən 3 nəfər (qadın) Göygöl Rayon Mərkəzi Xəstəxanasına, 4 nəfər (2 kişi, 2 qadın) isə Gəncə Birləşmiş Xəstəxanasının nəzdind

İlon Maskın 2036 proqnozu müzakirə yaratdı - Pul yox olacaq?

İqtisadçı Eldəniz Əmirov "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskın son açıqlamalarını şərh edərək, onun 2036-cı ildə pulun böyük ölçüdə əhəmiyyətini itirəcəyi ilə bağlı proqnozunu əsassız adlandırıb

Bakıda zəncirvarı qəza olub - FOTO

Paytaxt Bakıda zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, qəza paytaxtın Elşən Süleymanov küçəsində qeydə alınıb. Belə ki, "Mercedes", "Toyota Prius" və "BYD"

Çin artıq qalib gəlib, Almaniya isə bunu hələ anlamayıb

Alman jurnalist Aleksandr Hayden ölkəsi ilə Çini müqayisə edib. xəbər verir ki, onun yazdığı məqalədə bildirilir ki, Çin Almaniyanı iqtisadi cəhətdən ötüb keçib. Bu, təkcə avtomobil və nəzarət proqram təminatında deyil, gələcə


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta sou xeberler son xeber 2026 en son xəbərlər bugün