Hindistan Çinlə sərhəddə rekord sayda hərbi qüvvə yerləşdirdi

Hindistan Çinlə sərhəddə rekord sayda hərbi qüvvə yerləşdirdiHindistan Çinlə sərhəddə rekord sayda hərbi qüvvə yerləşdirib.
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar bildirib.
Onun sözlərinə görə, bu addım 2020-ci ildən bəri sərhəddəki qüvvələrini əhəmiyyətli dərəcədə artıran Çinə cavab olaraq atılıb.
Xəbər verdiyimiz kimi, dekabr ayında Hindistanın Arunaçal-Pradeş ştatında iki ölkənin hərbçiləri arasında atışma olub. Bu hadisə 2020-ci ilin may ayından bəri sərhəddə ilk qarşıdurma olub və lokallaşdırılıb.
Vaşinqton Pekin və Nyu-Dehlini silahlı münaqişənin qarşısını almağa və mübahisələri danışıqlar yolu ilə həll etməyə çağırıb.
Qeyd edək ki, 2020-ci ilin may ayında iki ölkənin sərhədindəki dağlıq Ladax bölgəsində ağır toqquşmalar baş verib. Hindistan və Çin əraziyə ağır artilleriya, tanklar və təyyarələr göndərib. Keçən il hərbi və diplomatik səviyyədə danışıqlardan sonra Pekin və Yeni Dehli qoşunların sərhəd xəttindən qarşılıqlı şəkildə çıxarılmasına başlayıb.
Himalay dağlarında Hindistan və Çin arasında demarkasiya edilmiş sərhədin olmaması (iki ölkə faktiki nəzarət xətti ilə ayrılır) onilliklər ərzində gərginlik mənbəyi olub. 1959-cu ildə Hindistan Çin tərəfinin Arunaçal-Pradeş əyalətinin bir hissəsini ələ keçirdiyini elan edib. 1962-ci ildə Hindistan-Çin silahlı qarşıdurması nəticəsində Hindistana məxsus təxminən 38 min kvadratmetr ərazi Çinin nəzarətinə keçib.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 21 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

İlham Əliyev bu şirkətlərin rəhbər şəxslərini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin "01.AI" və "Sinovation Ventures" şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın "TEHA Group" şirkətinin Beynəlxal

Ermənistan-Azərbaycan sərhədi ilə bağlı MÜHÜM AÇIQLAMA

Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə işlər tezliklə bərpa olunacaq. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan bildirib. O, işlərin nə vaxt başlayacağını dəqiqləşdirməyib

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək

Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2027-ci il və sonrakı üç il üzrə iqtisadi və sosia

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

İrəvanda görüş planlaşdırılırdı - Azərbaycanın istəyi ilə təxirə salındı

Azərbaycanlı və erməni ekspertlərin "Sülh körpüsü" təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb. APA-ya istinadən xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəy

Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin (LLDC) xarici işlər nazirlərinin 25-ci illik iclasında çıxış edib. xəbər veri


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbərlər son xeberler bugun 2026 canli maraqlı xəbərlər son xeber 2026