"Hökumət başçısı başqa ölkəyə gedib oradakı insanlarından şikayətlənir, bu qədilməzdir" - Larisa Alaverdyan
"Hazırki hökumət lazım olan heç nə etmir. Bu hökumətin başçısı, baş nazir postunu tutan adam erməni düşmənidir".
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın keçmiş ombudsmanı Larisa Alaverdyan deyib.
O, bildirib ki, bununla bağlı dəfələrlə sübutlar təqdim edib:
"Yadınıza salın, 2018-ci ildə Paşinyan baş nazir seçilərkən ilk dəfə Qazaxıstana səfər etmişdi və orada erməni xalqının tənbəl olduğunu və işləməyi sevmədiyini bildirmişdi. Halbu ki, Orta Asiyanın ən böyük dövlətində erməniləri istedadlı, bacarıqlı, zəhmətkeş və alicənab insanlar kimi tanıyırdılar. Daha sonra Amerika səfəri… Orada Paşinyan ermənilərin ünvanına "hansı alimlər, hansı elmi qüvvələr? Bütün günü oturub qəhvə içirlər. İtaliyaya gedir, orada özünü Məsih elan edirlər" – deyib. Xüsusən də Vatikanda Roma Papasını erməni korrupsioner məmurlarını öz zirzəmilərində saxlamaqda ittiham edib – deyə Larisa Alaverdyan bildirib.
O, daha sonra bildirib ki, bütün bunlar təsadüf ola bilməz:
"Qoy heç kim məni inandırmağa çalışmasın ki, bütün bunlar təsadüfdür, Bugünkü baş nazir özünü misilsiz göstərdi", – Larisa Alaverdyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO