Hökumət quru sərhədləri açır - Deputat açıqladı

Hökumət quru sərhədləri açır - Deputat açıqladı"Quru sərhədlərinin yaxın zamanlarda açılacağına inanıram. Parlamentdə bir neçə deputat olaraq biz də artıq quru sərhədlərinin açılmasının vaxtının çatdığını söyləmişik. Hesab edirəm ki, artıq istisnalar qalmaqla konkret qaydalar müəyyənləşdirib, mərhələli şəkildə sərhədlərinin açılmasını təmin olunmalıdır. Amma bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətlərində olan məsələdir".
azxeber.com cebhe.info-ya istinadən bildirir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkili xatırladıb ki, artıq iki ildən çoxdur koronavirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərinin bağlıdır:
"Hazırda quru sərhədlərindən müəyyən istisna hallarda keçmək mümkündür. Artıq həm dünyada, həm də ölkəmizdə karantin rejimi yumşaldılıb. Xarici ölkələrdə PCR testləri, hətta vaksin sertifikatları ləğv olunaraq yollar açılır. Demək olar ki, yenidən əvvəlki həyatımıza qayıtmağa başlamışıq. Hazırda quru sərhədlərinin açılması çox aktual bir mövzudur.
Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı bir çox məsələləri nəzərə alır. Hazırda Azərbaycan-Gürcüstan və Azərbaycan-Rusiya sərhədləri qismən istifadə olunur. Nəzərə almaq lazımdır ki, minlərlə insan sərhədlərdən keçməyi gözləyirlər. Lakin Çində yenidən qapanmalar başlayıb və bir neçə ölkədə bununla bağlı problemlər qalmağa davam edir. Bunlar da təbii ki, Operativ Qərargah tərəfindən araşdırılır və diqqətlə izlənilir".
Deputat hazırda Azərbaycanda 100 minə yaxın miqrantın qeydiyyatda olduğunu vurğulayıb:
"Rusiyadan miqrantların ölkəmizə gəlməsi və ya getməsi sərhədlərin açılması ilə birlikdə bu rəqəmi bir neçə dəfə artıra bilər. Təbii ki, hökumət bu sahədə ehtiyatı saxlayır. Düşünürəm ki, bu daha çox belə qala bilməz. Çünki artıq vəziyyət sabitləşib. Pandemiya təhlükəsi tamamilə sovuşduqdan və həyat tam öz axarına düşdükdə bununla bağlı da qərar veriləcək.
Ölkəmizdə bu sahə ilə bağlı da kifayət qədər işlər görülüb. Fikrimcə, quru sərhədlərinin açılması da yaxın zamanlarda öz həllini tapacaq".

Sosial       Tarix: 15 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler yeni xeberler azerbaycan xeberleri xəbərlər bugun xeberler cəbhədən son durum xeber saytlari