Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?

Hörmüz boğazında baş verənlər neft qiymətlərinə necə təsir edir?Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib. Belə ki, ABŞ bu andan etibarən "Hörmüz boğazının mühafizəçisi" kimi tanınacağını qeyd edərək ədalət naminə təhlükəsizliyin təmin edilməsi üçün çəkilən bütün xərclərin əvəzinin ödənilməli olduğunu deyib. O, sonradan bu fikrindən imtina edib. Deyib ki, Yaxın Şərq ölkələrinin liderləri ilə keçirdiyi danışıqlardan sonra daha əvvəl elan etdiyi ABŞ üçün 20 faizlik kompensasiya rüsumundan imtina etmək qərarına gəlib.
Bəs rüsum məsələsi qüvvədə olarsa, Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?
KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, Tramp son aylarda 34 dəfə müharibənin bitdiyini və İranla razılıq əldə edildiyini bildirsə də yenə müharibə davam edir.
O qeyd edib ki, 20 faiz məsələsi də bir fikir olaraq deyilib: "Trampın müharibə dövründə dediyi fikirlərin hansının real, hansının qeyri-real olduğunu müəyyənləşdirmək mümkün deyil. Hazırda dəqiq məlumat budur ki, müharibə yenidən başlayıb, Hörmüz boğazından isə daşınmalar dayanıb. Bu neft qiymətlərinə artırıcı təsir göstərəcək. İran çalışır ki, Omanla birlikdə oradan keçən yüklərdən rüsum alsın, Amerika da bunun əleyhinədir. Düşünmürəm ki, Hörmüz boğazından keçən yüklər üçün Amerika rüsum alacaq. Sadəcə danışıqlar, müharibə prosesində istifadə olunan anlayışdır. Artıq məsələlər yekunlaşarsa, rüsumun tətbiq ediləcəyi haqda dəqiq məlumat olarsa, bu zaman dünya neft birjalarına təsiri müzakirə edilər. Çünki İran boğazdan keçən yüklər üçün həddən artıq az rüsum istəyirdi. Amerika isə narazı idi. Dünyanın heç bir ölkəsi buna razı deyildi. Amerikanın rüsum alacağı qeyri-real görünür. Amerikanın müttəfiqləri də buna icazə verməz. ABŞ rüsum alacaqsa, Panama kanalından ala bilər, çünki o birbaşa Amerikanın nəzarətindədir. Belə bir rüsum isə yoxdur. Düşünürəm, müharibə gedişində təzyiq kimi istifadə edir və çox sözlər deyir, bu gün dediyi ilə də sabah deyəcəyi üst-üstə düşməyə bilər".
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban isə bildirib ki, müharibə dünya miqyasında neftin qiymətinin artımına səbəb olursa, deməli, Azərbaycan daha çox gəlir əldə edə bilir: "Bundan başqa Hörmüz boğazının ölkə iqtisadiyyatına hansısa təsiri faktiki olaraq yoxdur".

Sosial       Tarix: 16 iyul 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Yaxşı ki, Tibbə qəbul olmadım" - 617 balla baytarlığı seçən Xaliq

Lənkəran şəhər 8 saylı tam orta məktəbinin məzunu Xaliq Mübariz oğlu Zeynallı qəbul imtahanında 617 bal toplasa da, arzusu olduğu üçün Baytarlıq ixtisasını (ingilis dilində) seçib. "Qafqazinfo" ya istinadən xəbə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bu ərazilərdə su olmayacaq

Hövsanda içməli suyun verilişi müvəqqəti dayandırılacaq. xəbər verir ki, Hövsan kəndini içməli su ilə təmin edən xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar suyun verilişində müvəqqəti fasilə yaranacaq. Bildirili

Sahibsiz itlərə qarşı hansı addım atılmalıdır? - Professordan açıqlama

Son zamanlar küçə heyvanları ilə bağlı problem yenidən müzakirə mövzusuna çevrilib. Xüsusilə sahibsiz itlərin yaşayış məntəqələrində insanlara hücum etməsi və bunun nəticəsində vətəndaşların təhlükə ilə üz-üzə qalması məsələni

Bakıda qardaş kürəyindən bıçaqlandı - Bacı şübhəli bilinir

Bakının Suraxanı rayonunda qardaşla bacı arasında bıçaqlanma hadisəsi baş verib. 1990-cı il təvəllüdlü Qurbanov Rəfael Səfərəli oğlu bacısı Qurbanova Sura Səfəralı qızını bıçaqlayıb. Daha sonra S.Qurbanova da qardaşını kürəyində

Qeyri-rəsmi yaşadığı kişi tərəfindən vəhşicəsinə döyüldü

Bakının Xətai rayonunda 30 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. " "a istinadla xəbər verir ki, hadisə onların birgə yaşadıqları evdə baş verib. Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdl


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber son.xeber sonxəbərlər en son xəbərlər bugün