Hulusi Akar: "Ermənistandan konstruktiv addımlar gözləyirik
"Bugünkü görüşdə Cənubi Qafqazdakı durum barədə danışdıq".
azxeber.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı və gürcüstanlı həmkarları ilə keçirilən üçtərəfli görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, eyni zamanda, ikitərəfli və regional əlaqələr müzakirə olunub: "Ölkələrimiz arasında strateji əlaqələrin bundan sonra da davam etməsi hər birimiz üçün əhəmiyyətlidir. Əməkdaşlığımızın səviyyəsi hər kəs üçün nümunədir".
H.Akar deyib ki, Ermənistan Azərbaycan və Türkiyənin uzatdığı sülh əlini tutmalıdır: "Ermənistandan konstruktiv addımlar gözləyirik".
Qeyd edək ki, bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Caunşer Burçuladze arasında görüş olub.
Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.
Xidmetler [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür