Humanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLAR

Humanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecin 2025–2026-cı tədris ilinin yekunlarına həsr olunmuş "Səhnədə işıqlar yananda" adlı təntənəli hesabat konserti baş tutub.
azxeber.com xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova, MÜTDA nümayəndələri, Binəqədi Rayon İcra Hakimiyyətinin təmsilçiləri, digər kolleclərin direktorları və əməkdaşları iştirak ediblər. 
Konsertin media tərəfdaşları qismində isə "Editor.az" və "azxeber.com" portallarının baş redaktorları qonaq olublar.
Konsertin rəsmi hissəsində çıxış edən Humanitar Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, kollecin uğurları və ona göstərilən diqqət və qayğıdan söz açıb. 
O, tədbirin həm də 28 May – Müstəqillik Günü və müqəddəs Qurban bayramı ərəfəsinə təsadüf etməsinin xüsusi məna daşıdığını vurğulayıb. Direktor, yaxın zamanda 90 illik yubileyini qeyd etməyə hazırlaşan Humanitar Kollecin zəngin ənənələrinin uğurla davam etdirildiyini bildirib.
Rəsmi hissənin ardından Humanitar Kollecin müəllimi, bədii rəhbər Ədalət Behbudovun idarə etdiyi ansamblın müşayiəti ilə rəngarəng konsert proqramı təqdim olunub. Səhnədə milli musiqi nümunələri ilə yanaşı dünya klassikləri və müasir kompozisiyalar səsləndirilib. 
"Rəng", "Bulaq suyu, dağ havası", "Tez gəl", "Hit the Road Jack", "Yadıma düşdü", "Quizás", "Bayatı-Şiraz kompozisiyası", "Zəngəzur" və "Səhnədə işıqlar yananda" kimi müxtəlif janrlı bədii nömrələr tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Konsert proqramı "Mehriban insanlar" mahnısı və bütün tələbələrin birgə ifasında səslənən möhtəşəm "Ey Azərbaycanım" final nömrəsi ilə yekunlaşıb.
Humanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLARHumanitar Kollecdə təntənəli hesabat konserti keçirildi - FOTOLAR

Sosial       Tarix: 28 may 2026
f Paylaş

Oxşar xəbərlər

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı yeniyetməni maşın vurub. Hadisə rayon ərazisində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü E. Mehtiyevi "VAZ 2107" markalı maşın vurub. Yeniyetmə yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdirilib

Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib. xəbər verir ki, inzibati binanın açılışında ADSEA-nın sədri Zaur Mikayılov və Agentliyin rəhbər heyəti iştirak ediblər. İki mərtəbədən ibarə

Ən yüksək faiz verən banklar bəlli oldu – SİYAHI

Azərbaycanın bank sektorunda 1 illik manat əmanətləri üzrə təklif olunan illik faiz dərəcələri açıqlanıb. KONKRET.azyenisabah-a istinadən xəbər verir ki, faizlərin müddətin sonunda götürülməsi şərti ilə en yüksək illik fai

Teleqramda bu da mümkün olacaq

Teleqram fərdi tövsiyələri özündə əks etdirən xəbər lenti əlavə edə bilər. Messencerin macOS üçün nəzərdə tutulmuş beta versiyasının kodunda bu yeni funksionallıqla bağlı izlərə rast gəlinib. Lent iki bölməyə ayrılacaq: "Əlav

"Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər" – Fazil Mustafa

Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb. Mövzu ilə bağlı -a danışan deputat Fazil Mustafa bildirib ki, nikah və boşanmaların sayındakı dəyişikliklər bir sıra sosial amillərlə əlaqəlidir

Azərbaycanda balıq bahalaşdı - Qiymətlər

Ölkədə geniş həcmdə yetişdirilən çəki balığının nohurlarda yetişdirildiyi təsərrüfatlardan kütləvi satışına başlanılıb. Bundan əlavə, sentyabr ayından etibarən rəsmi balıq ovu mövsümünün açılması bazarlarda canlanmaya səbə

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə -a İdarədən məlumat verilib. Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı v

Yeni prokuror tanınmış hakimin oğludur

Xəbər verdiyimiz kimi, Baş prokuror Kamran Əliyevin Əmri ilə Pərviz İbayev Binəqədi rayon prokuroru vəzifəsinə təyin edilib. -un "Unikal"a istinadən məlumatına görə, Pərviz İbayev Məhkəmə-Hüquq Şurasının keçmi

Gəncədə teatrın mühafizəçisi bıçaqlandı - 15 yaşlı gənc şübhəlidir

Gəncədə bıçaqlanma hadisəsi baş verib. Hadisə Gəncə Dövlət Kukla Teatrının qarşısında baş verib. Məlumata görə, 1976-cı il təvəllüdlü Zaur Mustafayev bıçaqlanma diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilib. Adıçəkilə


yeni xeberler son xeberler azerbaycan xeberleri butun xeberler sou xeberler bugun qarabag cəbhədən son xəbərlər 2026