I və IV ixtisas qrupları üzrə yay imtahanlarına qeydiyyat aparılır
I və IV ixtisas qrupları üzrə imtahanlarda iştirak etmək istəyənlər iyulun 4-ü saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində qeydiyyatdan keçməlidirlər. İmtahanda yalnız göstərilən tarixlərdə qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə bilərlər.
Dövlət İmtahan Mərkəzindən azxeber.com-a bildirilib ki, bu gün saat 18:25-ə olan məlumata əsasən, I ixtisas qrupu üzrə 19 min 487, IV ixtisas qrupu üzrə isə 3 min 800 abituriyent ərizəsini təsdiq edib.
Abituriyentlər "Şəxsi kabinet"inin hesabına imtahanda iştirak haqqını (40 AZN) əlavə edib verilən link () vasitəsilə imtahana yazıla bilərlər. Aşağıda qeyd edilən kateqoriyadan olan abituriyentlər üçün imtahan ödənişsizdir:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar. Bu abituriyentlər haqqında məlumat DİM tərəfindən müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla əldə olunur.
Xatırladaq ki, II və III ixtisas qrupları üzrə imtahan vermək istəyənlərin qeydiyyatı iyunun 21-də başa çatıb.
Xidmetler [newsid: 0-123300]

Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı